TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının sədri ilə görüşdü

TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının sədri ilə görüşdü
17.04.2026 22:52

Aprelin 17-də TÜRKPA Baş katibi Ramil Həsən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) millət vəkili və Cümhuriyyətçi Türk Partiyasının sədri xanım Sıla Usar İncirli ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı tərəflər ŞKTC-nin TÜRKPA çərçivəsində fəal müşahidəçi qismində fəaliyyəti, eləcə də təşkilatın bu istiqamətdə göstərdiyi dəstək fonunda qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xanım Sıla Usar İncirli TÜRKPA Baş katibinə və nümayəndə heyətinə ŞKTC Məclisinin fəaliyyətinə göstərdikləri davamlı dəstəyə görə səmimi minnətdarlığını bildirib. O, həmçinin 5-ci Antalya Diplomatiya Forumunda iştirakından məmnunluğunu ifadə edib və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan parlamentləri ilə gələcək münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsində TÜRKPA-nın mühüm rolunu vurğulayıb.

Öz növbəsində Ramil Həsən xanım Sıla Usar İncirliyə ŞKTC-nin millət vəkili və Cümhuriyyətçi Türk Partiyasının sədri kimi məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. O, TÜRKPA ilə ŞKTC arasındakı əməkdaşlığın gələcəkdə həm parlamentlərarası diplomatiya sahəsində, həm də müvafiq parlamentlərin üzvləri arasında inkişaf etməkdə davam edəcəyini bir daha təsdiqləyib.

Görüşdə Baş katibi müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynura Abutalibova müşayiət ediblər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Все новости