Türkiyə Parlamentinin sədri TÜRKPA-nın Baş katibi ilə görüşdü

Türkiyə Parlamentinin sədri TÜRKPA-nın Baş katibi ilə görüşdü
24.10.2025 13:30 Siyasət

Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə TÜRKPA-dan bildirilib.

Qeyd olunub ki, Numan Kurtulmuş vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə Ramil Həsənə təbriklərini çatdırıb, ona uğurlu və effektiv fəaliyyət arzu edib.

Görüşdə türk dövlətlərinin Xarici İşlər nazirlikləri ilə əməkdaşlığın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatı ilə yeni əməkdaşlıq mexanizminin həyata keçirilməsi, assambleya çərçivəsində müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində milli parlamentlərin nümayəndə heyətlərinin koordinasiyasının gücləndirilməsi, türk dövlətləri arasında ortaq əməkdaşlığın qorunması və möhkəmləndirilməsi istiqamətində TÜRKPA-nın gələcək fəaliyyətinə dair müzakirələr aparılıb.

Numan Kurtulmuş digər komitə iclasları ilə yanaşı, müdafiə, təhlükəsizlik və hərbi məsələlər üzrə komitələrin iclaslarının keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Türkiyə Parlamentinin sədri ilə Baş katib arasında müzakirələr zamanı diqqəti çəkən əsas mövzular arasında ATƏT PA-nın iclasları çərçivəsində üzv parlamentlərin nümayəndə heyətləri rəhbərlərinin görüşlərinin və parlament sədrlərinin illik qeyri-rəsmi görüşlərinin təşkil edilməsi imkanları da yer alıb. İlk dəfə olaraq, belə bir görüşün 2026-cı ilin aprel ayında Parlamentlərarası İttifaqın (PAİ) İstanbul şəhərində keçiriləcək 152-ci Assambleyası çərçivəsində keçirilməsi nəzərdə tutulur. Digər mühüm təşəbbüslər arasında komitə sədrlərinin və dostluq qruplarının TÜRKPA-nın hazırkı fəaliyyətdə olan sədrliyinin rəhbərliyi altında bir araya gətirilməsi məsələsi olub.

Tərəflər Katibliyin hüquqi sənədlərinin yenilənməsini və növbəti plenar iclasda yenilənmiş hüquqi sənədlərin, eyni zamanda, müasir tələblərə cavab verən yeni büdcənin qəbul olunması məsələlərini də müzakirə ediblər. Numan Kurtulmuş öz növbəsində qeyd olunan təşəbbüsləri tam dəstəkləyib. Eyni zamanda, ümumi fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə TÜRKPA və PAİ Baş katiblərinin ikitərəfli görüşündə qısamüddətli təcrübə proqramlarının həyata keçirilməsinə dair əldə edilmiş razılıq müsbət qarşılanıb və gələcəkdə ATƏT və ATƏT PA kimi digər beynəlxalq təşkilatların katibliklərinin təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab edilib.

Baş katibi onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər