Sülh müqaviləsi niyə hələ də imzalanmayıb? - Ramiz Yunus AÇIQLADI

Sülh müqaviləsi niyə hələ də imzalanmayıb? - Ramiz Yunus AÇIQLADI
24.11.2025 18:34

“Süni intellekt, kibertəhlükəsizlik, biotexnologiyalar yeni güc mənbələridir və bu məsələlərdə Azərbaycanın zamanla ayaqlaşması çox vacibdir”.

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu universitetdə keçirilən “Dünya nizamında xaos: Azərbaycan və Cənubi Qafqaz üçün risklər və imkanlar” mövzusunda mühazirəsində deyib.

O bildirib ki, süni intellektin inkişafı informasiya təhlükəsizliyi, saxta xəbərlər və “rəqəmsal reallıq” kimi yeni çağırışlar da yaradır:

“Gələcəkdə güclü dövlət təkcə resurslara malik olan deyil, həm də məlumatı düzgün idarə edən dövlət olacaq. Bu baxımdan Azərbaycanın gəncləri, alimləri və universitetləri rəqəmsal müstəqilliyin qorunmasında mühüm rol oynayacaqlar. Pandemiya və sanksiyalar köhnə təchizat və zəncirləri pozdu. Regionallaşma və “friendshoring” artır. Energetik keçid davam edir, amma neft və qaz hələ də bütün planet üçün əsas strateji resurslar olaraq qalır. Lakin “yaşıl enerji”yə keçid həm də Azərbaycanın gələcəyi üçün yeni fürsətlər açır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində alternativ enerji layihələri artıq reallığa çevrilir. Bu proses təkcə iqtisadiyyat deyil, həm də ekoloji məsuliyyət məsələsidir — gələcək nəsillərə daha təmiz və dayanıqlı mühit buraxmaq bizim borcumuzdur”.

Ekspert həmçinin Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün əsas regional geosiyasi imkanlar və risklərdən bəhs edib:

“Coğrafiya hər bir ölkənin taleyidir və necə deyərlər, qonşunu seçə bilməzsən. Ona görə də Cənubi Qafqaz coğrafiyasını nəzərə alanda görürük ki, bizim region Rusiya, Türkiyə, İran və Qərbin maraqlarının kəsişdiyi zonadır. 2020-ci ildən sonra bu 5 il ərzində Azərbaycan öz mövqeyini Cənubi Qafqaz regionunda xeyli gücləndirib, amma indiyə kimi bu region hələ də həssasdır.

8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti ilə Vaşinqtonda görüşdülər və orada Sülh müqaviləsi paraflandı, Zəngəzur nəqliyyat dəhlizi — “Tramp yolu” müzakirə edildi və bu barədə siyasi qərar qəbul olundu. Bununla yanaşı, bu yaxınlarda Tramp Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə görüşdü, logistika və energetik dəhlizləri müzakirə etdi. Bu, Azərbaycan üçün böyük imkanlar yaradır, amma bəzi risklər hələ ki, qalır”.

Professor sülh müqaviləsinin niyə imzalanmadığını izah edib:

“Ermənistanda gələn il üçün parlament seçkiləri elan edilib, ardınca Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Məhz buna görə tam sülh müqaviləsi hələ imzalanmayıb. Ermənistandakı siyasi prosesləri diqqətlə izləməli və istənilən ssenariyə hazır olmalıyıq. Bundan başqa, İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanın mövqeyini gücləndirdi, lakin Azərbaycanın regionumuzda rolunun bu cür güclənməsinə mane olan kifayət qədər siyasi mərkəzlər hələ də mövcuddur. Buna görə də bizə qarşı hibrit və kiber təhdidlər artır. Bu, davamlı diqqət tələb edir”.

Ekspert çıxışında əlavə edib ki, TANAP, TAP, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji mərkəzi kimi rolunu gücləndirib, Zəngəzur dəhlizi isə Şərq ilə Qərb arasında logistika imkanlarını daha da çox gücləndirəcək.

R.Yunus, həmçinin vurğulayıb ki, müasir texnologiyaların mövcudluğu və təsiri ilə sürətlə dəyişən dünya milli kimliyi məhv etməməlidir, çünki Azərbaycan İslam, türkdilli və müasir ölkələrin dəyərlərini özündə birləşdirir: 

“Bu, dövlətimizin güc mənbəyidir. Bununla yanaşı, informasiya axınının və sosial şəbəkələrin təsiri altında fərdi və milli kimliyin qorunması daha da çətinləşir. Məhz buna görə gənc nəsil tənqidi düşünməyi, faktla manipulyasiyanı ayırmağı və milli maraqları düzgün dəyərləndirməyi bacarmalıdır. Universitetlər bu sahədə əsas ideya və maarif mərkəzləri olmalıdır”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Все новости