Qərbi Azərbaycan icması həqiqətə uyğun olmayan paylaşımlar ilə bağlı məlumat yaydı

Qərbi Azərbaycan icması həqiqətə uyğun olmayan paylaşımlar ilə bağlı məlumat yaydı
15.09.2025 13:30 Siyasət

Qərbi Azərbaycan icması bir sıra saytlarda icma və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar ilə bağlı məlumat dərc edib.

TodayPress TV xəbər verir ki, məlumatda deyilir:

"Bu gün, 15 sentyabr 2025 tarixində bir sıra saytlarda Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib. Təəssüf ki, həmin yazıda ictimaiyyətə yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib.

Məlumat üçün bildiririk ki, yazıda adı keçən “Qərbi Azərbaycan İcması (TV)” adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə ad təhrif olunaraq, İcma ilə bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd edilir. 

Qeyd edək ki, Qərbi Azərbaycan TV yayımlarında İcmanın rəsmi loqosundan istifadə edir. Təəssüf ki, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi olmayan səhifələr mövcuddur və həmin saytlar da mənbəni araşdırmadan  həmin səhifənin paylaşımını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıb.

Biz Qərbi Azərbaycan İcmasının belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab edirik. Bu kimi addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də  media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zərbə vuran təhriflərdən və yanlış təqdimatlardan çəkinməyə çağırırıq.

Qərbi Azərbaycan İcmasının mövqeyi aydındır: biz milli birliyimizi zəiflədən, məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addımı qətiyyətlə pisləyirik.

Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayımlanır."

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Bütün Xəbərlər