Qarabağda mina kabusu niyə bitmir?

Qarabağda mina kabusu niyə bitmir?
28.11.2025 13:37

Qarabağda mina təhlükəsinin bu gün də kəskin olaraq qalmasının əsas səbəblərindən biri Ermənistanın tam, dəqiq mina xəritələrini təqdim etməməsidir. Rəsmi statistikalara görə, 2020-ci il müharibəsindən sonra təkcə bu dövrdə ölən və yaralananlarla bir yerdə 412 nəfər mina partlayışlarının qurbanına çevrilib. Ümumi rəqəmlər isə daha dramatikdir: 1990-cı illərdən bəri Azərbaycanda mina qurbanlarının sayı 3400-dən çoxdur, onlardan azı 595 nəfər həyatını itirib.  


Son illərdə azad edilmiş ərazilərə qayıdış, infrastruktur layihələri və hərbi xidmət fonunda hər yeni mina insidenti – o cümlədən Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarovun noyabrın 27-də Laçın rayonunda minaya düşməsi və nəticədə ayaqlarından birinin amputasiya olunması problemin aktuallığını bir daha göstərir.

Bəs Ermənistan niyə hələ də mina xəritələrini Azərbaycana vermir? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hazırkı vəziyyət üçün belə təsadüfi faciələr qaçılmazdır: 

"Ümumiyyətlə, bu gözlənilən məsələdir. Çünki bizim hər bir sahəni, hər bir addımı tam şəkildə minadan təmizləmək imkanlarımız məhduddur – görünən mina yoxdur ki, onu dərhal aşkarlaya bilək. Mina təmizləyən qurumlarımız mümkün olan maksimum işi görürlər, lakin buna baxmayaraq, təsadüfi hallar baş verə bilər və verəcək də. Ona görə insanlar hələ də son dərəcə diqqətli olmalıdırlar".

Onun sözlərinə görə, bu riskdən tam qorunmaq çətin məsələdir:

"Gələcək mərhələlərdə də müəyyən ərazilərdə köhnədən qalmış minalarla qarşılaşmaq istisna deyil. Belə hallar, təəssüf ki, qaçılmazdır. Heç kim bu riskdən tam sığortalanmayıb. Məsələn, bu gün Almaniyada belə – müharibədən 80 il sonra – köhnə silah-sursat, mina və raketlərin tapılması hələ də insanları təəccübləndirir. Hamısını birdən-birə tam təmizləmək mümkün deyil".


Millət vəkili qeyd edib ki, mina təhlükəsi uzun müddət davam edəcək: 

"Ona görə bu məsələ olduqca ciddi problemdir və uzun müddət narahatlıq yaradan mövzu olaraq qalacaq. Amma mən hesab etmirəm ki, bu, kütləvi şəkildə panikaya əsas verən bir vəziyyətdir. Sadəcə olaraq, arada belə təsadüfi hallar mümkündür".

Parlamentari sonda yaralanan hərbi qulluqçumuza şəfa diləyib və ümumilikdə isə bu kimi risklərdən tam sığortalanmadığımızı diqqətə çatdırıb. 

Eyni zamanda hərbi ekspert Üzeyir Cəfərov məsələyə münasibət bildirərkən TodayPress TV-yə deyib ki, bu çox sarsıdıcı hadisədir:

"Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarovun Laçın rayonunda minaya düşməsi və ağır yaralanması xəbəri hər birimizi dərindən narahat edir və üzür. Müharibə bitdikdən sonra belə bir hadisənin baş verməsi, xüsusilə də onun ayaqlarından birinin amputasiya edilməsi çox ağır faciədir".

Ekspert vurğulayıb ki, sakinlər də maksimum ehtiyatlı olmalıdır:


"Təəssüf ki, mina təhlükəsi hələ uzun illər davam edəcək. Səhər saatlarında növbəti köç prosesinin şahidi oldum — məcburi köçkünlər Zəngilan rayonunun Məmmədbəyli kəndinə qayıdırlar. Onlara xeyirli və uğurlu olsun. Həmin ərazilərə çatan sakinlərə ilk təlimatı isə ANAMA-nın yerli əməkdaşları verirlər. Çünki işğaldan azad olunmuş bölgələrdə yaşayan və işləyən insanların ən böyük təhlükəsi məhz vaxtilə ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən basdırılmış minalardır. Üstəlik, bu minaların dəqiq xəritələri yoxdur və görünür ki, yaxın gələcəkdə də təqdim olunmayacaq. Ermənistan indiyə qədər həmin xəritələri verməyibsə, bundan sonra verməsi də real görünmür. Buna görə də həmin ərazilərdə yaşayan hər bir şəxs son dərəcə diqqətli və ehtiyatlı olmalıdır".

Onun sözlərinə görə, təhlükə təkcə hərbi qulluqçulara deyil, həm də ANAMA əməkdaşlarına və bölgədə yaşayan mülki şəxslərə hər gün real risk yaradır.

Ü.Cəfərov  hesab edir ki, mina təhlükəsi illərlə davam edəcək:

"İnsanlar özləri, ailə üzvləri və yaxınları üçün maksimum diqqətli davranmalı, ehtiyatı əldən verməməlidirlər. Əgər hansısa şübhəli əşya və ya partlayıcı maddə aşkarlanarsa, dərhal məsul qurumlara məlumat vermək lazımdır. Çünki hələ uzun illər müxtəlif yerlərdə basdırılmış, sayı bilinməyən minalar aşkarlanacaq. Bu minalar çox təəssüf ki, qarşıdakı illərdə də faciələrə səbəb ola bilər. Ona görə də bu nə birinci, nə də sonuncu belə hadisədir — mina təhlükəsi uzun müddət bizimlə olacaq".

O bildirib ki, bu prosesdə Müdafiə Nazirliyinin müvafiq qurumlarının da üzərinə ciddi iş düşür. Maarifləndirmə işinin gücləndirilməsi, hərbi qulluqçuların mütəmadi və təkmil təlimatlandırılması vacibdir. Təlimlər keçirilsə də, təəssüf ki, bəzən bu cür ağır hadisələr yenə də baş verir.

 

Ekspert həmçinin əlavə edib ki, bu valideynlər üçün də ən ağır mənzərədir:

"Sağlam övladını hərbi xidmətə yola salır, lakin bəzi hallarda övladını artıq əlil kimi qarşılamalı olur. Buna görə də hər kəs maksimum dərəcədə diqqətli olmalı və qaydalara ciddi riayət etməlidir".

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Все новости