Peskov Rusiya və Almaniya nümayəndələrinin Bakıdakı görüşündən danışdı

Peskov Rusiya və Almaniya nümayəndələrinin Bakıdakı görüşündən danışdı
22.07.2026 16:45

Kreml Rusiya və Almaniya nümayəndələri arasında Bakıda görüş keçirilməsi barədə məlumatlı deyil.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüş barədə məlumatı olmadığını söyləyib.

Qeyd edək ki, "The Times" nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb.

Qəzetin yazdığına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federal Kansleri ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bununla bağlı suala cavabında Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndiklərini, Azərbaycan tərəfinin bu barədə xəbərinin olmadığını söyləyib. Dövlət başçısı bildirib ki, Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib, “The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqlənib.

“İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs - biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”, - deyə Prezident vurğulayıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
Tramp: “Bunu heç kim istəmir” 19:39 MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir təşkil etdi 19:15 İşğaldan azad olunmuş ərazidə yanğın başladı 19:07 İsrail naziri: “Türkiyə ilə müharibə sabah başlaya bilər” 19:01 Paşinyandan Almaniya kanslerinə təcili zəng - Nə danışıldı? 18:52 ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi 18:37 Tanınmış universitetlə bağlı mənfi qərar verildi 18:30 Trampdan İrana son xəbərdarlıq: “Əgər bu addım atılsa, Tehran vurulacaq! 18:15 Sahibkarlar üçün yeni imkan - QƏRAR VERİLDİ 18:10 Maaş əlavəsi ilə bağlı mühüm qərar: Kimlərə şamil olunur? 18:05 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan ekstradisiya olundu 17:37 Dələduzluq edən şəxs bu ölkədən ekstradisiya edildi 17:25 İran itkilərini yenilədi- 53 nəfər... 17:32 ВНИМАНИЕ желающим поступить в резидентуру! Началась регистрация 16:46 «Нефтчи» начал Лигу чемпионов с победы 16:21 Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA 16:55 Peskov Rusiya və Almaniya nümayəndələrinin Bakıdakı görüşündən danışdı 16:14 Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - FOTO 16:34 «Это станет катастрофой для всего мира!» — неожиданное ПРИЗНАНИЕ США 15:33 Ложь Трампа разоблачена: «Ищи другой способ выбраться из болота, в которое попал!» 15:26 Makron nazirin istefasını qəbul etmədi 15:25 Рубио: США не допустят риска распространения ядерного оружия 15:16 "Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək 15:13 Azərbaycan bu ölkə ilə vizanı qarşılıqlı aradan qaldırdı 15:07 Президент подписал 3 указа 14:58 Все новости