Moskvanın istəyi və reallıqlar… “Rusiya regionda çəki itirib”

Moskvanın istəyi və reallıqlar… “Rusiya regionda çəki itirib”
21.11.2025 18:10

Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyini dəyişməyib və üçtərəfli razılaşmalar hələ də sülh prosesinin əsas yol xəritəsidir. O, “3+3” formatında növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsini dəstəklədiklərini, həmçinin tərəflərin bu il Əbu-Dabi, Vaşinqton və Düşənbədə apardığı birbaşa təmasların sülhə töhfə verdiyini deyib. 


Maraqlıdır, bu bəyanat fonunda Rusiya regionda yenidən aparıcı rol əldə etməyə çalışırmı və Zaxarovanın bəyanatında Azərbaycan–Vaşinqton münasibətlərində son dövrlər müşahidə olunan yaxınlaşmanın təsiri varmı?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan  politoloq Fikrət Sadıqov bildirib ki, dəyişən reallıqlar fonunda indi əsas istiqamət Vaşinqtonda paraflanan sülh sazişinə yönəlib:


"Üçtərəfli sazişdən – əgər söhbət 10 noyabr 2020-ci il bəyanatından gedirsə – heç kim imtina etmir. Amma bu sənəd artıq keçmişdə qalıb. Beş il vaxt ötüb, vəziyyət dəyişib və regionda tamamilə başqa bir ab-hava formalaşıb. Ermənistanın xarici siyasətində də Azərbaycana qarşı müəyyən korrektələr, yəni düzəlişlər müşahidə olunur. Hazırda biz sülh sazişinin imzalanması ərəfəsindəyik. Artıq Vaşinqtonda bu sənəd paraflanıb və bu istiqamətdə irəliləmək niyyətindəyik – gedirik və gedəcəyik".

Ekspertin sözlərinə görə, 10 noyabr bəyanatı heç vaxt ideal sənəd olmayıb. O, əsasən atəşkəsin təmin edilməsinə xidmət edirdi, lakin vaxt keçdikcə yeni reallıqlar və əlavə həll tələb edən məsələlər ortaya çıxıb.

O, qeyd edib ki, Rusiya bölgədəki təsirinin azaldığını açıq görür:

"Düşünürəm ki, Rusiya Azərbaycan, Ermənistan və ABŞ arasında Vaşinqtonda paraflanan sənəddən ciddi narahatdır. Çünki anlayır ki, regionda sıxışdırıla bilər. Reallıq ondan ibarətdir ki, Rusiyanın rolu əhəmiyyətli dərəcədə azalır".

F. Sadıqov sonda vurğulayıb ki, Rusiya ilə əlaqələrimiz davam etsə də,  onun regional çəkisi əvvəlki kimi deyil:

"Bu isə o demək deyil ki, biz Rusiya ilə münasibətləri kəsmək niyyətindəyik. İkitərəfli əlaqələr qalır və mən əminəm ki, Ermənistan da Rusiya ilə münasibətlərini pozmaq fikrində deyil. Rusiyanın müəyyən rolu qalmaqdadır, lakin aparıcı roldan faktiki olaraq imtina etməli olacaq. Çünki onun bölgədəki iştirakı artıq əvvəlki qədər vacib və həlledici deyil".

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Все новости