İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
07.11.2025 13:35

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə dövlətimizin başçısını təbrik edərək, bununla bağlı keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü bildirdi.

Qonaq, həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirdi.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması məqsədilə imzalanmış sənədlərin tarixi əhəmiyyətinə toxunaraq, bunun regionda davamlı sülhün təmin edilməsində rolunu vurğuladı.

Robert Kalinak Prezident İlham Əliyevin Slovakiyaya səfərini məmnunluqla gözlədiklərini qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-sənaye sahələrində genişləndirilməsi üçün imkanların olduğu diqqətə çatdırıldı.

Həmçinin Slovakiyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinin genişləndirilməsinə göstərdiyi dəstəyə toxunuldu.

TodayPress TV

ФОТО

İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi — 1
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Все новости