İİBQ-nın Bakıda keçiriləcək İllik Toplantılarının Təşkilat Komitəsi yaradılıb

İİBQ-nın Bakıda keçiriləcək İllik Toplantılarının Təşkilat Komitəsi yaradılıb
08.09.2025 15:36 Siyasət

2026-cı il iyunun 16–19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi barədə İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası tərəfindən 2025-ci il mayın 22-də qərar qəbul edilmiş və bununla əlaqədar “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” imzalanmışdır:

"İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakı şəhərində təşkili Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının tanıdılmasına müsbət töhfə verəcəkdir".

Təşkilat Komitəsinin sədri

Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Təşkilat Komitəsinin üzvləri:

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev - Azərbaycan Respublikasının maliyyə naziri

Adil Kərimli - Azərbaycan Respublikasının mədəniyyət naziri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Taleh Kazımov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Samir Rzayev - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Sərəncama əsasən, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”na uyğun olaraq, İllik Toplantıların təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanmasını və icrasını təmin etməli, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə bağlı İslam İnkişaf Bankı Qrupu ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməli və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər