Valideynlərə ŞAD XƏBƏR - Uşaq bağçası xərclərinin yarıdan çoxunu dövlət ödəyəcək

Valideynlərə ŞAD XƏBƏR - Uşaq bağçası xərclərinin yarıdan çoxunu dövlət ödəyəcək
17.07.2026 18:44

“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası” təsdiq edilib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqə əsasında həyata keçirilir.

Müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən hər il keçirilir. Müsabiqənin keçirilməsi müddəti Nazirlik tərəfindən müəyyən edilir.

“Lisenziyalar və icazələr haqqında” qanuna əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri müsabiqədə iddiaçı qismində iştirak etmək hüququna malikdirlər. Layihədə dövlət dəstəyinin ümumi məbləği ondan faydalana biləcək təhsilalanların sayından, bu Qaydada göstərilən məbləğdən və layihənin icra müddətindən asılı olaraq müəyyən edilir. Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 (üç yüz əlli) manat, digər regionlar üzrə isə 250 (iki yüz əlli) manat məbləğindən çox olmamaqla nəzərdə tutulur. Layihələrin icra müddəti 10 (on) aydan çox olmamalıdır. Layihə üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş məqsədli vəsait həcmində həyata keçirilir.

Müsabiqənin keçirilməsi üçün nazirlik tərəfindən tərkibi nazirliyin əməkdaşlarından ibarət olmaqla ən azı 5 (beş) nəfərdən ibarət İşçi qrup yaradılır.

Valideynlər layihədə tərəfdaş kimi çıxış edirlər. Müsabiqə qalibləri olmuş iddiaçılar layihələrində göstərdikləri saydan artıq olmayan sayda təhsilalanların cəlb edilməsi məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”na uyğun olaraq layihədə valideynlərin iştirakını təmin edir.

Valideynlər nazirliyin rəsmi internet saytında müsabiqənin qalibləri barədə məlumat yerləşdirildikdən, qaliblərin təqdim etdikləri məlumatlarla tanış olduqdan, valideynin aylıq iştirak payı ilə razı olduqdan sonra EHİS-dəki elektron kabinetinə daxil olaraq dövlət dəstəyinin alınması üçün təhsilalanların qeydiyyatını apararaq elektron ərizəni doldurur və onu təsdiq edirlər.

ЛЕНТА НОВОСТЕЙ
17 июля 2026
Rusiyada yeniyetmə yanacaqdoldurma məntəqəsini yandırdı - VİDEO 20:29 Lökbatan istiqamətində sürücülərə XƏBƏRDARLIQ! Zəncirvari qəza hərəkəti iflic etdi 20:20 Bu qanun qapıdan keçə bilmədi - Polşa Prezidenti veto qoydu 20:14 Atadan sonra oğul da danışdı: “Azərbaycan bizim dostumuzdur” 20:06 Səudiyyəyə uzanan əl Pakistana dəyəcək - XƏBƏRDARLIQ 19:52 Gözlənilən sənəd hələ də yoxdur - ANAMA-dan AÇIQLAMA 19:36 Şuşada Vaqif Poeziya Günlərinə start verildi 19:31 Rusiya Ukraynanın limanlarını hədəf aldı 19:23 Sükan arxasında yuxuya gedən şəxs yük maşını ilə toqquşdu - DƏHŞƏTLİ QƏZA 19:45 Rusiyada taxıl yetişdi, yanacaq yetişmədi - YENİ BÖHRAN 18:49 Valideynlərə ŞAD XƏBƏR - Uşaq bağçası xərclərinin yarıdan çoxunu dövlət ödəyəcək 18:37 ABŞ hücumlarından sonra dağılan körpülərin FOTOLARI 18:31 Türkiyə Ermənistana “kod qoydu” 18:25 Qurban Qurbanovdan təəccübləndirən QƏRAR 18:17 Altı ölkənin orduları Azərbaycanda birləşəcək 18:07 Dünya mediası İlham Əliyevin Tramp haqqındakı fikirlərini yazır 17:51 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır 17:48 "Bavariya" Maykl Olisenin müqaviləsinin müddətini uzatmaq istəyir 17:36 ФСБ: От метро до Кремля — одна из мощнейших спецслужб мира 17:19 İsrail HƏMAS-ın əsas adamını aradan götürdü 17:19 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlandı 16:50 Kremldən Bakıya rəsmi mesaj: Lavrov prezident İlham Əliyevin sözlərinə münasibət bildirdi 16:40 Азербайджан призывает к мирному урегулированию российско-украинского конфликта 16:19 Иран перенес войну в Сирию: бомбит, чтобы открыть путь для «Хезболлы» 16:17 Сын перерезал горло жене Ниязи и продал вещи знаменитого дирижера ради наркотиков — ПОДРОБНОСТИ 16:10 Все новости