Təhsildə təhlükəli meyl - Elmi işlər alış-veriş predmetinə çevrilir

Təhsildə təhlükəli meyl - Elmi işlər alış-veriş predmetinə çevrilir
15.10.2025 15:59 Elm və Təhsil

"Sosial mediada tələbələr üçün “kurs işi”, “diplom işi”, “magistr dissertasiyası” kimi xidmətlərin geniş yayılması təhsilin keyfiyyətinə və akademik dürüstlüyə ciddi mənfi təsir göstərir". 

Bunu təhsil eksperti Kamran Əsədov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, elmi işlərin dürüstlük prinsipləri ilə hazırlanması təkcə akademik məsələ deyil, milli inkişafın intellektual dayağıdır:

"Son illər sosial mediada elmi işlərin kommersiya obyektinə çevrilməsi universitetlərin reputasiyasına və elmi mühitin etibarına ciddi zərbə vurur. Bu, cəmiyyətdə təhlükəli tendensiyanı – nəticəni biliyin üzərində tutmaq psixologiyasını formalaşdırır".

Ekspert əlavə edib ki, “Təhsil haqqında” Qanunun 5-ci maddəsinə görə, təhsil prosesində ədalətlilik, şəffaflıq və biliklərin dürüst qiymətləndirilməsi dövlət siyasətinin əsas prinsiplərindəndir. Lakin sosial mediada elmi işlərin satışa çıxarılması bu prinsipi pozur.

"2024-cü ildə ölkə üzrə universitetlərdə təqdim edilən elmi işlərin təxminən 27 faizi plagiat yoxlamasından keçərkən oxşarlıq dərəcəsi 30 faizdən çox olub. Bu, beynəlxalq göstəricidən 2,5 dəfə yüksəkdir. Avropa ölkələrində bu göstərici 10–12 faiz aralığındadır".

Kamran Əsədov hesab edir ki, bu tendensiya davam edərsə, Azərbaycanın ali təhsil məkanında elmi keyfiyyətin aşağı düşməsi və diplomların etibarlılığının azalması qaçılmaz olacaq.

O, problemin səbəbini tələbələrin etik məsuliyyət hissinin azalması və universitetlərdə nəzarət sisteminin zəifliyində görür:

"Bir çox ali məktəblərdə elmi rəhbərlərin nəzarəti formal xarakter daşıyır. Müdafiə komissiyaları yalnız sənədlərin toplanması mərhələsində aktivləşir. Nəticədə isə sosial şəbəkələrdə "elmi işlər yazılır", "plagiat sıfır", "müdafiə təminatı" kimi elanlar açıq şəkildə yayılır və bu fəaliyyətə hüquqi reaksiya verilmir".

Ekspert vurğulayıb ki, beynəlxalq təcrübədə akademik saxtakarlığa qarşı çox sərt tədbirlər görülür. Məsələn, Böyük Britaniyada “Academic Misconduct Policy” pozulduqda tələbə dərhal universitetdən xaric edilir, Skandinaviya ölkələrində isə elmi işlər avtomatik dövlət antiplagiat bazalarına yüklənir.

Onun sözlərinə görə, Azərbaycan da bu istiqamətdə mühüm addımlar atıb:

"Elm və Təhsil Nazirliyi 2024-cü ildən ‘Antiplagiat’ sistemini vahid dövlət platforması kimi tətbiq edib, dissertasiyaların elektron bazaya yüklənməsini məcburi edib və universitetlərdə Akademik Etika Komissiyalarının fəaliyyətini aktivləşdirib. Bu, çox müsbət və sistemli addımdır. Lakin bəzi universitetlər bu mexanizmləri lazımi səviyyədə icra etmir. Bəzi ali məktəblərdə antiplagiat nəticələri saxta şəkildə azaldılır. Bu da onu göstərir ki, problem texnologiyada deyil, akademik mədəniyyətin zəifliyindədir".

Mütəxəssisin fikrincə, universitetlərdə elmi işlərin mərhələli qiymətləndirilməsi, elmi rəhbərlərin məsuliyyətinin qanunla tənzimlənməsi və tələbələrə erkən mərhələdən akademik yazı bacarıqlarının öyrədilməsi vacibdir. 

"Elm və Təhsil Nazirliyinin şəffaf monitorinqlər aparması, universitetlərdən hesabat tələb etməsi və etik mədəniyyət formalaşdırmaq istiqamətində atdığı addımlar təhsildə islahat xarakteri daşıyır. Nazirliyin məqsədi cəza vermək deyil, dürüstlük mədəniyyəti formalaşdırmaqdır. Əgər universitetlər bu xətti dəstəkləsələr, bir neçə il ərzində sosial mediada elmi iş satışlarının bazarı öz-özünə yox olacaq. Çünki onun alıcısı da, satıcısı da təhsil sistemindən kənarda qalacaq".

Kamran Əsədov sonda qeyd edib ki, “işin müdafiəsi” deyil, “elmi nəticənin dəyəri” əsas göstəriciyə çevrilməlidir:

"Əgər bu islahatlar davam edərsə, tələbələr bilik üçün oxuyacaq, elmi rəhbərlər mentorluq funksiyasını yerinə yetirəcək və elm yenidən dürüst zəhmətin nəticəsi kimi qəbul ediləcək", - deyə o, fikrini sonlandırıb.

Qeyd edək ki, sosial mediada tələbələrə ödənişli elmi işlərin yazılmasını təklif edən səhifələr var. Onlar müxtəlif adlar altında fəaliyyət göstərir, “sürətli müdafiə”, “plagiatsız iş”, “zəmanətli qiymət” kimi ifadələrlə reklamlar paylaşır və tələbələrə hazır kurs, diplom və dissertasiya işləri təklif edirlər. 

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Təhsildə təhlükəli meyl - Elmi işlər alış-veriş predmetinə çevrilir — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər