TƏCİLİ! Azərbaycanda repetitorluq ləğv olunur?

TƏCİLİ! Azərbaycanda repetitorluq ləğv olunur?
13.02.2026 12:51

"Bundan sonra repetitorluğun birdəfəlik ləğvi ümumiyyətlə mümkün deyil. Ancaq mərhələli şəkildə ləğv oluna bilər”. 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, uzun illərdir ölkədə ali məktəblərə qəbul mexanizmi faktiki olaraq repetitorluq institutu üzərində formalaşıb:

"Repetitorlar sadəcə xidmət göstəriblər və bu xidmətin qarşılığını alırlar. İldən-ilə də qiymətlər artır. Digər tərəfdən, repetitorluq məktəbin nüfuzuna mənfi təsir göstərən amillərdən birinə çevrilir. Amma bu proses birdən-birə baş vermədi. Məktəbin nüfuzunun aşağı düşməsi və tədris prosesindəki boşluqlar repetitorluğa meydan verdi".  

Onun sözlərinə görə, "təhsilin keyfiyyəti yüksəlsə, repetitorluğa ehtiyac qalmaz" fikri ümumi baxımdan doğru olsa da, bu yanaşma konkret addımlarla müşayiət olunmalıdır.

Ekspert imtahan suallarının məktəb proqramından kənar olması ilə bağlı səsləndirilən iddiaların da reallığı əks etdirmədiyini vurğulayıb:

"Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan sualları başqa bir qalaktikadan gəlmir. Mərkəz Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumun məzmun standartlarından kənara çıxmır və çıxa da bilməz. Suallar həmin standartlara uyğun hazırlanır. Sadəcə, bəzi məktəblərdə dərs prosesi həmin məzmun standartlarına uyğun qurulmadığı üçün ortada boşluq yaranır. Sonra da belə fikir formalaşır ki, guya suallar fərqli istiqamətdədir".

Rizvan Fikrətoğlu qeyd edib ki, repetitorluğun mərhələli şəkildə aradan qaldırılması üçün məktəblərdə tədrisin məzmun standartlarına uyğun təşkili, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və müəyyən güzəştlərin tətbiqi vacibdir. Əks halda, repetitorluğun tam ləğvindən söhbət belə gedə bilməz.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Banqladeşdə yeni prezident seçildi 16:53 Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 Иран объявил Калифорнию своей территорией 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Куда делись миллиарды, выделенные Украине? Специальное задание для бывшего офицера «Моссада» 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 В Стамбуле трамвай сошел с рельсов 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Таджикистан отвернулся от России и обратился к Ирану 14:21 Иран предупредил США: «В этот раз мы используем более мощное оружие» 13:53 Северная Корея выпустила 10 баллистических ракет в сторону Японского моря 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Новое оружие против опухолей мозга: в черепе обнаружен скрытый иммунный механизм 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Завтра в Баку будет 32 градуса тепла, в регионах — 36 градусов 12:48 Все новости