Sosial media uşaqlar üçün təhlükəyə çevrilir? - AÇIQLAMA

Sosial media uşaqlar üçün təhlükəyə çevrilir? - AÇIQLAMA
09.02.2026 15:04

"Sosial media sadəcə əyləncə platforması deyil, eyni zamanda uşağın psixologiyası, davranışı, düşüncə tərzi və hətta aqressiyasına birbaşa təsir edən güclü təsir mexanizmidir".

Bu fikirləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli TodayPress TV-yə Türkiyədə uşaqlar üçün sosial mediaya qoyulan məhdudiyyəti şərh edərkən deyib. 


Onun sözlərinə görə, uşaq nə qədər kiçik yaşdadırsa, gördüyünü analiz edib “doğru-yanlış” süzgəcindən keçirmək qabiliyyəti bir o qədər zəif olur. Bu da onu manipulyasiyaya, zorakılıq məzmununa və aqressiv davranışların normallaşmasına daha açıq edir:

"Azərbaycanda da bu tip məhdudiyyətlərin gündəmə gəlməsi mümkündür. Çünki bizdə də artıq məktəblərdə uşaqların davranışında aqressiyanın artması, müəllim-şagird münasibətlərində sərtlik, valideyn nəzarətinin zəifləməsi və virtual aləmin real həyatı əvəz etməsi kimi problemlər hiss olunur. Sosial media uşağa “hər şey normaldır” mesajı verir, halbuki normal olmayan davranışlar, zorakılıq, təhqir, silah görüntüləri və təhlükəli çağırışlar adi bir trend kimi təqdim edilir".

Ekspert yaxın günlərdə baş verən və cəmiyyəti sarsıdan hadisəni xatırladaraq əlavə edib ki, bu kimi hadisələr tək bir səbəbdən yaranmır, amma həmin uşağın sosial mediada paylaşdığı və "repost" etdiyi məzmunlara baxanda orada zorakılıq və aqressiya mövzularının ciddi şəkildə yer aldığı görünür:

"Bu, sosial medianın uşağın düşüncəsinə necə təsir etdiyini göstərən real və acı bir nümunədir. Yəni məsələ təkcə telefon, internet və ya “uşaq vaxt keçirir” məsələsi deyil, uşağın şüuraltına nə yükləndiyi məsələsidir.

Amma burada diqqətli olmalıyıq: sosial mediaya tam qadağa problemi tam həll etmir. Əsas məsələ düzgün yaş məhdudiyyəti, valideyn nəzarəti, platformaların məsuliyyəti və məktəblərdə rəqəmsal savadlılıq təhsilinin gücləndirilməsidir. Dövlət müəyyən yaşa qədər sosial şəbəkələrə girişə limit qoymaqla yanaşı, eyni zamanda uşaqları qoruyan mexanizmləri də qurmalıdır. Çünki qadağa yalnız texniki addımdır, tərbiyə isə sistemli yanaşma tələb edir".

Əmrah Həsənlinin fikrincə, Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılacaq. Çünki artıq cəmiyyət də anlayır ki, uşağı yalnız məktəb tərbiyə etməməlidir, yalnız valideyn də təkbaşına bunun öhdəsindən gələ bilməz.

O vurğulayıb ki, dövlət, ailə, məktəb və sosial platformalar birlikdə məsuliyyət daşımalıdır. Əks halda bu gün sosial mediada gördüyü zorakılığı “trend” sayan uşaq sabah onu real həyatda təkrarlamağa da meyilli ola bilər.


"Bu səbəbdən Türkiyədəki təşəbbüs sadəcə qanun dəyişikliyi deyil, gələcək nəsli qoruma refleksidir və Azərbaycanda da oxşar mexanizmlərin müzakirə olunması tamamilə real görünür", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, Türkiyədə 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. Bu barədə qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Qanun qəbul edilərsə, valideynlərinin icazəsi olsa belə uşaqlar sosial şəbəkələrə daxil ola bilməyəcək.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Все новости