Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd olundu

Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd olundu
27.11.2025 21:20

Noyabrın 27-də Qarabağ Universitetinin İncəsənət fakültəsində universitetin yaradılmasının 2 illiyinə həsr olunmuş konsert proqramı və sərginin açılışı keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, şəhər ictimaiyyətinin nümayəndələri, universitetin əməkdaşları və tələbə heyəti iştirak edib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında ali təhsil müəssisəsinin iki il ərzində keçdiyi inkişaf yoluna toxunub. Rektor Qarabağ Universitetinin həm tədris prosesinin təşkili, həm də elmi və mədəni fəaliyyət sahələrində ardıcıl nailiyyətlər əldə etdiyini vurğulayıb.

İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə çıxışında fakültədə aparılan tədris və yaradıcılıq istiqamətli işlər, tələbələrin akademik hazırlığı və müxtəlif incəsənət layihələrinin bölgənin mədəni həyatına verdiyi töhfələr barədə məlumat verib.

Konsert proqramı Cadenza orkestrinin ifasında Niyazinin “Qaytağı” əsəri ilə açıq elan olunub.

Proqram çərçivəsində İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələri tərəfindən klassik və milli musiqi nümunələri təqdim olunub. Konsert proqramı “Qarabağ şikəstəsi”nin ifası ilə yekunlaşıb.

Tədbirin ikinci hissəsində Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Vəliyevanın “Güclü ruhlara ithaf” adlı fərdi sərgisi açılıb.

Sərgidə Qarabağın bədii irsini əks etdirən müxtəlif rəsm əsərləri nümayiş etdirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Все новости