Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşdü

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşdü
08.07.2025 10:36 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayev III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.

Bu barədə Elm və Təhsil Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə proqram iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının gənclərə real iş mühitində elm və təhsil sahəsindəki proseslərlə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq imkanı yaratdığını və bu təşəbbüsün peşəkarların formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Emin Əmrullayev proqramın bu il ilk dəfə olaraq ölkənin bütün regionlarını əhatə ediyini və “Maarifçi” təşəbbüsünün coğrafiyasının genişlənməsinin daha çox gəncin bu imkandan faydalanmasına şərait yaratdığını xüsusi vurğulayıb.

Daha sonra çıxış edən iştirakçılar yaradılan imkanlara görə təşəkkürlərini bildirib, proqramın onların şəxsi və peşəkar inkişafına verəcəyi töhfəni yüksək qiymətləndiriblər. Görüş zamanı gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Qeyd edək ki, 4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.

Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər