Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ!

Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ!
17.08.2026 19:51

Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Bu barədə TodayPress TV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, elektron qeydiyyat avqustun 18-i saat 11:00-da başlayacaq və avqustun 21-i saat 17:00-dək davam edəcək.

Namizədlər qeydiyyatdan miq.edu.az/direktor elektron portalı vasitəsilə keçə bilərlər.

Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçiriləcək. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir.

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibəyə dəvət qaydalara uyğun olaraq ardıcıllıq əsasında həyata keçiriləcək.

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək.

Hər bir namizəd müsabiqənin nəticələri ilə "Şəxsi səhifə" vasitəsilə tanış ola biləcək.

Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

ЛЕНТА НОВОСТЕЙ
17 августа 2026
Sumqayıtda ağır qəza: Yaralananlar var 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Все новости