Dil milli kimliyin əsas sütunudur – Professor

Dil milli kimliyin əsas sütunudur – Professor
08.01.2026 17:11

Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibə zamanı Azərbaycan dili məsələsinə də toxunaraq dilimizi bütün dövrlərdə qoruduğumuzu bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dilini qorumaq hər kəsin vəzifəsidir və hamını bu mübarizəyə qoşulmağa dəvət edib. 

Bəs hazırda dilimizdə hansı nöqsanlar var və onları necə qoruya bilərik?

Mövzuya münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva TodayPress TV-yə bildirib ki, Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə dil məsələsinə xüsusi həssaslıqla yanaşılması təsadüfi deyil.


Onun sözlərinə görə, dövlət başçısının Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə media üçün ciddi mesajdır:

"Prezidentin daha əvvəl AMEA-nın 80 illik yubiley tədbirində də televiziya məkanında xarici sözlərdən yersiz istifadənin yolverilməz olduğunu açıq şəkildə vurğulaması problemin nə qədər ciddi olduğunu göstərir. Dil siyasəti dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir və Prezidentin “Dilimiz heç bir dilin kölgəsində ola bilməz! Xarici kəlmələr milli kimliyimizi damcı-damcı sarsıdır” ifadəsi məhz dilə münasibətlə birbaşa bağlıdır. İnsanın ana dilində danışıq tərzi onun vətənə, tarixə və milli kimliyə münasibətinin göstəricisidir. Biz necə danışırıqsa, vətənimizi, xalqımızı və tariximizi də o qədər sevirik. Dil milli kimliyin əsas sütunudur və bu sütun sarsılarsa, dövlətçilik də təhlükə altına düşər".

Professor xatırladıb ki, Azərbaycan dili tarix boyu müxtəlif imperiyaların təsiri altında olsa da, öz müstəqilliyini qoruyub saxlayıb.

O əlavə edib ki, dilimiz nə ərəb, nə fars, nə də rus imperiyasının təsiri altında öz mahiyyətini itirməyib, əksinə, güclənib və müasir dövrə qədər gəlib çatıb:

"Azərbaycan dili cəmi 44 gün ərzində hərbin dili oldu və zəfərin dili kimi tarixə düşdü. Belə olan halda Azərbaycan dilində səlis danışmamaq hətta qəbahət sayılır. Bu, dilə, tariximizə və vətəndaşlıq məsuliyyətimizə qarşı laqeydlik deməkdir. Televiziya məkanında dil normalarını pozan şou proqramlar əvəzinə şair və yazıçıların iştirakı təşkil olunmalıdır. Bu həm gənclərə, həm də şagirdlərə ana dilinin gözəlliyini aşılamaq baxımından da mühüm və əhəmiyyətli rol oynayır".

Dilçi dərsliklərin və müəllimlərin rolunu da xüsusi qeyd edərək vurğulayıb ki, dərs vəsaitləri milli ruhda hazırlanmalı, müəllimlər  ədəbi dildə nümunəvi şəkildə danışmalıdırlar. 

O bildirib ki, bu gün müstəqil Azərbaycanda ana dilini qorumaq üçün bütün imkanlar var və bu fürsət əldən verilərsə, gələcək nəsillər bunu bizə bağışlamayacaqdır:

"Azərbaycan dilinin qorunması hər kəsin birgə məsuliyyətidir. Yaxşı vətəndaş olmaq üçün ana dilində mükəmməl danışmaq və yazmaq vacibdir. Gənclərimiz dili sevməli, dialektlərimizdən gözəl ifadələri götürərək dilin lüğət tərkibini zənginləşdirməlidirlər. Xarici kəlmələrin dilə daxil olmasına qarşı mübarizə aparmalıdırlar. Əlinə qələm alan hər kəs anlamalıdır ki, Azərbaycan dilində düzgün yazmaq və danışmaq xalqımıza, mədəniyyətimizə və gələcək nəsillərə hörmət deməkdir”, – deyə Sevinc Əliyeva fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Все новости