Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
21.11.2025 21:40

Noyabrın 23-də Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilati dəstəyi ilə “Hilton Baku” hotelində GLC FAIR 2025 - Beynəlxalq Təhsil Sərgisi baş tutacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Təhsil Cəmiyyətindən məlumat verilib.

GLC FAIR Azərbaycan gənclərinə dünyanın aparıcı təhsil mərkəzlərinə birbaşa çıxış imkanı təqdim edir. Sərgidə Böyük Britaniya, Almaniya, Fransa, Macarıstan, Polşa, Türkiyə, Litva, Malta, Kipr, ABŞ, Kanada, Çin, Misir, Fransa, Özbəkistan, Azərbaycan və digər ölkələrdən universitet və qurumlar iştirak edəcək. Sərgi çərçivəsində universitet nümayəndələri təhsil sistemləri, ixtisas istiqamətləri, qəbul tələbləri, təqaüd proqramları, yaşayış şəraiti və viza prosedurları barədə ətraflı məlumat verəcəklər. Bu il sərgidə universitetlər bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yenilənmiş tədris proqramlarını, eləcə də tələbələr üçün nəzərdə tutulmuş xüsusi təqaüd paketlərini təqdim edəcəklər.

Sərgiyə gələnlər:

•⁠  ⁠Universitet nümayəndələri ilə birbaşa ünsiyyət quracaq;

•⁠  ⁠Təqaüd tələbləri haqqında peşəkar məsləhətlər alacaq;

•⁠  ⁠2025–2026-cı tədris ili üçün ən sərfəli təhsil imkanları ilə tanış olacaq;

•⁠  ⁠- Xaricdə təhsilə hazırlıq yolunda individual mentor dəstəyi əldə edəcəklər.

Xaricdə təhsil almağı planlaşdıran gənclər üçün geniş seçim imkanı təqdim edən GLC FAIR bu il də ölkəmizdə informativ beynəlxalq təhsil platforması kimi fəaliyyət göstərəcək. Sərgi hər bir tələbəni öz təhsil yolunu düzgün planlaşdırmağa və dünya universitetləri ilə bir addım daha yaxınlaşdırmağa dəvət edir.

Sərgi saat 12:00–17:00 aralığında ziyarətçilər üçün açıq olacaq və giriş tamamilə pulsuzdur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Все новости