Azərbaycanda müəllimlər dərsdə telefondan istifadə edə bilməyəcək?

Azərbaycanda müəllimlər dərsdə telefondan istifadə edə bilməyəcək?
23.01.2026 16:50

Gürcüstan yeni tədris ilində məktəb təhsili islahatına başlayacaq. Belə ki, dərslərdə telefondan istifadə qadağası müəllimlərə də şamil ediləcək.

Bəs bu qayda bizdə də mümkündür?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu cür yanaşmanın Azərbaycanda da tətbiqinə ciddi ehtiyac var.


Onun sözlərinə görə, mobil telefonlardan istifadə təkcə şagirdlərin deyil, müəllimlərin də tədris prosesinə mənfi təsir göstərir və bu fakt artıq həm praktikada, həm də real təcrübədə açıq şəkildə müşahidə olunur:

"Dərs zamanı diqqətin yayınması, müəllim-şagird ünsiyyətinin zəifləməsi və dərsin effektivliyinin azalması bu problemin əsas fəsadları sırasındadır. Məhz bu səbəbdən bir çox dünya ölkələri məktəblərdə mobil telefonlardan istifadəyə məhdudiyyətlər tətbiq edir. Azərbaycan da bu təcrübədən yararlana və müvafiq qərarlar qəbul edə bilər".

Deputat telefonun bəşəriyyət üçün mühüm texnoloji nailiyyət olduğunu qeyd etsə də, hazırda onun həm uşaqlar, həm də böyüklər üçün ciddi problemə çevrildiyini vurğulayıb.

"Mobil telefonlardan həddindən artıq istifadə artıq qlobal miqyasda “baş ağrısı” yaradan məsələlərdən biridir və bu problem yalnız Azərbaycana xas deyil. Yaranmış vəziyyət nəzərə alınmalı, təhsil mühitində diqqətin və intizamın qorunması üçün müəyyən qadağalar tətbiq edilməlidir. Məktəblərdə mobil telefon məsələsi xüsusi diqqətdə saxlanmalı və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır, çünki söhbət təhsilin keyfiyyətinə birbaşa təsir edən ciddi bir problemdən gedir", - deyə Ceyhun Məmmədov əlavə edib.

Qeyd edək ki,  Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin dərs zamanı şagirdlərin telefonları ilə birlikdə mobil telefonlarını müvafiq saxlama qutusuna qoyması onlar üçün nümunə olacaq. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Российский самолет сбит, посол убит —чудовищный приказ премьер-министра 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Все новости