Aşpazlıq peşəsinə tələbat artdı
2026–2027-ci tədris ilində dual peşə təhsili çərçivəsində iş yerində praktiki təlim modelinin tətbiqi genişləndiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, dual peşə təhsili üzrə ilk beş ixtisasa ümumilikdə 1080 plan yeri ayrılıb. Ən çox plan yeri aşpaz ixtisasına ayrılıb – 560 yer.
Digər ixtisaslar üzrə plan yerləri belədir:
* qənnadçı, şirniyyatçı – 180 yer;
* qida və qeyri-qida malları satıcısı, nəzarətçi-xəzinədar – 120 yer;
* elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru – 120 yer;
* turizm sahəsində iaşə üzrə mütəxəssis – 100 yer.
İlqar Bayramlı bildirib ki, dual təhsil üzrə ilk beş peşə təhsili müəssisəsinə ümumilikdə 1060 plan yeri ayrılıb. Bu müəssisələr arasında üç Bakı, iki regional peşə təhsili müəssisəsi yer alır.
Plan yerlərinin bölgüsü aşağıdakı kimidir:
* Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi – 260 yer;
* Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 240 yer;
* Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 200 yer;
* Biləsuvar Peşə Liseyi – 180 yer;
* Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 180 yer.
Qiymət Mahir