Üzeyir Hacıbəylinin ev muzeyinin fəaliyyətə başlamasının 50 illik yubiley tədbiri keçirildi - FOTO

Üzeyir Hacıbəylinin ev muzeyinin fəaliyyətə başlamasının 50 illik yubiley tədbiri keçirildi - FOTO
21.11.2025 18:00

Noyabrın 21-də Üzeyir Hacıbəylinin ev muzeyində muzeyin fəaliyyətə başlamasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə  Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin, tarix elmləri doktoru, əməkdar elm xadimi, professor Solmaz Rüstəmova – Tohidi, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə və digər mədəniyyət və incəsənət xadimlərinin, dövlət rəsmilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Üzeyir bəyin zəngin yaradıcılığına dair maraqlı faktlar bölüşülüb, onun Azərbaycan musiqi tarixindəki misilsiz xidmətlərindən, hələ də irsinin yaşadığı ev – muzeyinin faəliyyətindən bəhs olunub. 

Qeyd olunub ki, muzey dahi bəstəkarın 1915 – 1942 – ci illər ərzində yaşayıb – yaratdığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69 ünvanındakı (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) mənzildə ulu öndər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Hansı ki, ən möhtəşəm əsərlərinin bir qismi məhz bu evdə ərsəyə gəlib. Azərbaycan Respublikasının Dövlət Himni burada bəstələnib, “Sənsiz”, “Sevgili Canan” kimi məşhur romanslar elə bu evin divarları arasında formalaşıb, “Koroğlu” operası bu mühitdə yazılıb. Bu baxımdan, ev-muzey yalnız bir yaşayış məkanı deyil, milli musiqi tariximizin canlı yaddaşıdır. Əsası 1975 – ci ildə qoyulmuş muzeyin açılışı 20 noyabr 1975 – ci ildə olmuş və ilk ziyarətçisi də Heydər Əliyev şəxsən özü olub.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edib. Sonda qonaqlar  muzeyin ekspozisiya zalları ilə tanış olublar.

Qeyd edək ki, muzeyinin fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş sərgi də öz işinə başlayıb. Vətəndaşlar və xarici qonaqlar ilin sonunadək muzeyi ziyarət zamanı sərgi ilə tanış ola bilərlər.

TodayPress TV

ФОТО

Üzeyir Hacıbəylinin ev muzeyinin fəaliyyətə başlamasının 50 illik yubiley tədbiri keçirildi - FOTO — 1
Üzeyir Hacıbəylinin ev muzeyinin fəaliyyətə başlamasının 50 illik yubiley tədbiri keçirildi - FOTO — 2
Üzeyir Hacıbəylinin ev muzeyinin fəaliyyətə başlamasının 50 illik yubiley tədbiri keçirildi - FOTO — 3
ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Все новости