Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi

Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi
17.09.2025 21:40 Mədəniyyət

Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Xankəndi şəhərində möhtəşəm musiqi axşamı təşkil olunub.

TodayPress TV xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhəri Konqres Mərkəzində keçirilən konsert proqramında Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri səhnəyə çıxaraq unudulmaz musiqi bayramı bəxş edib.

Orkestrin dirijorluğunu Ramiz Məlikaslanov, bədii rəhbərliyini isə xalq artisti, professor Fərhad Bədəlbəyli həyata keçirib. Tədbirdə Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə yanaşı, dünya musiqi xəzinəsinin incilərindən F. Mendelsonun simfoniyası da səslənib. Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Xankəndidə keçirilən bu tədbir, həm mədəni, həm də simvolik baxımdan çox önəmli hadisədir. Xankəndidə belə bir tədbirin təşkili şəhərin mədəni həyatının canlanmasına, Qarabağda klassik Azərbaycan musiqisinin yenidən səslənməsinə işarədir.

Bu, həm də azad edilmiş ərazilərdə milli-mədəni dəyərlərin bərpası baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, konsert proqramında Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri, Milli Məclisin deputatı Polad Bülbüloğlu, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və xalq artisti, professor Fərhad Bədəlbəyli konsert proqramı ilə bağlı fikirlərini bölüşərək, Xankəndidə olmağın və bu şəhərdə belə bir konsertin keçirilməsini möcüzə adlandırıblar. Onlar bildiriblər ki, bu, azad Xankəndidə keçirilən ilk musiqi festivalıdır və belə bir tarixi hadisənin məhz doğma Xankəndidə reallaşması xüsusi qürur hissi doğurur.

Millət vəkili Polad Bülbüloğlu da çıxışında deyib ki, Xankəndidə bu konsert proqramına tamaşa etmək onun çoxdankı arzusu olub:“Uzun illər biz bu cür tədbirləri yalnız Bakıda keçirmək məcburiyyətində qalırdıq. Artıq bir neçə ildir ki, torpaqlarımız azaddır və bu gün belə tədbirlər doğma Qarabağda keçirilir. Üzeyir Hacıbəylinin 140 illiyinin azad olunmuş torpaqlarda Xankəndidə və Şuşada qeyd olunması böyük xoşbəxtlikdir. Xankəndidə Qarabağ Universitetinin açılması və onun incəsənət fakültəsinin fəaliyyət göstərməsi isə ayrıca qürurverici hadisədir.”

Qeyd edək ki, konsert proqramı sentyabrın 18-də Şuşa şəhərində də davam etdiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər