Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı
18.09.2025 16:47 Mədəniyyət

Sentyabrın 18-də Azərbaycanda klassik musiqinin, milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 140 illiyi tamam olur. 

TodayPress TV xəbər verir ki, dahi bəstəkarın dünyaya göz açdığı 18 sentyabr tarixi ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəylinin 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildə isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir bəyin adı ilə şərəflənən Beynəlxalq Musiqi Festivalının əsası qoyulub.

Bu il adıçəkilən mötəbər musiqi şöləni artıq 17-ci dəfə gerçəkləşir. 

Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması mərasimi ilə başlayıb. 

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, aparıcı mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə Üzeyir Hacıbəylinin məzarı üstünə çələng və tər çiçəklər düzülüb.

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Milli Musiqi Günü münasibətilə təbriklərini çatdırıb. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin və ictimai fikrinin inkişafında misilsiz xidmətləri haqqında söz açıb. Bildirilib ki, dahi bəstəkar musiqi mədəniyyətimizə əbədiyaşar əsərlər bəxş edib. Onun yaradıcılıq nümunələrinin şöhrəti Azərbaycanın sərhədlərini çoxdan aşıb.

Nazir diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Üzeyir Hacıbəylinin yaradıcılığı daim yüksək qiymətləndirib, adının əbədiləşdirilməsi ilə bağlı böyük işlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixində böyük mədəniyyət xadiminin 140 illik yubileyi ilə bağlı Sərəncam imzalaması bu diqqətin indi də davam etdiyini göstərir.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının başlandığını bildirən Adil Kərimli festivalın proqramının Azərbaycanla yanaşı, bir sıra xarici ölkələri də əhatə etdiyini deyib.

Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Milli Məclisin sədr müavini Rafael Hüseynov və

Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova çıxış edərək Üzeyir Hacıbəylinin yaradıcılığı, ictimai və pedaqoji fəaliyyəti haqqında danışıblar.

Çıxışlardan sonra I Fəxri xiyabanda Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevlərin də məzarları ziyarət olunub.

Mərasim iştirakçıları həmçinin Ümummilli Lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri qoyublar.

Daha sonra Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasında tələbələrin iştirakı ilə Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin (1885-1937) əsərlərindən ibarət konsert proqramı təqdim olunub. 

Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında, dahi bəstəkarın heykəlinin ətrafında isə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Müdafiə Nazirliyinin Estrada Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında musiqi nömrələri təqdim edilib. 

Bütün ifalar dahi Üzeyir bəyə minnətdarlıq və sonsuz ehtiramın ifadəsi kimi səslənib.

Qeyd edək ki, bu gün axşam saat 19:00-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Sənətsevərlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşasını izləyəcəklər.

TodayPress TV

FOTOLAR

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — 1
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — 2
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — 3
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — 4
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — 5
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — 6
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — 7
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — 8
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər