"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olundu

"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olundu
05.12.2025 23:40

"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub.

TodayPress TV xəbər verir ki, konsertdə improvizasiya, virtuoz ifa tərzi və emosional dolğunluq vahid bir musiqi nəfəsi kimi səhnədə canlandırılıb.

Konsert proqramında Azərbaycan və Fransadan olan tanınmış sənətçilər çıxış edərək öz fərdi üslubları və ustalıqları ilə gecəyə xüsusi rəng qatıblar.

Paris və Bakı arasında yaradıcılıq fəaliyyətini davam etdirən tanınmış azərbaycanlı pianoçu, bəstəkar və aranjımançı Etibar Əsədlinin musiqisi Şərq və Qərbin kəsişdiyi bir körpü kimi muğamı, cazı, xalq və akademik musiqi ünsürlərini bir araya gətirir. E.Əsədlinin ifası və kompozisiyaları Avropanın nüfuzlu səhnələrində böyük maraqla qarşılanır.

Azərbaycan musiqi səhnəsinin ən güclü və ifadəli vokallarından biri, yeni nəsil muğam ifaçılarının seçilən nümayəndəsi olan İlkin Dövlətovun səsi ənənəvi Şərq intonasiyasını müasir caz ilə ustalıqla birləşdirir və hər ifaya xüsusi emosional dərinlik qazandırır.

Azərbaycanın Əməkdar artisti, beynəlxalq festivallarda və çoxsaylı layihələrdə çıxış edən tanınmış bass ifaçısı Ruslan Hüseynovun texnikaya əsaslanan, lakin eyni zamanda yumşaq və musiqiyə xidmət edən üslubu səhnədə ritmik sabitlik və harmonik zənginlik yaradır.

Avropanın bir çox məşhur caz səhnələrində çıxış edən istedadlı fransız baraban ifaçısı Martin Vangermi (Fransa) texniki dəqiqliyi, zərb alətlərində ritmik incəlikləri və səhnədə canlı enerjisi ilə fərqlənir. Martin ifasında improvizasiya və dinamik ritmləri birləşdirərək konsertə xüsusi caz atmosferi bəxş edib.

Gecə ərzində milli Azərbaycan melodiyaları cazın müasir ritmləri ilə qovuşaraq dinləyicilərə əsl musiqi zövqü və yeni bədii təcrübə yaşadıb.

"Sanat Art Center" bu kimi layihələrlə Azərbaycan musiqisinin zənginliyini və çağdaş ifadə imkanlarını geniş auditoriyaya çatdırmağı, yerli və beynəlxalq musiqiçiləri bir araya gətirən platforma rolunu daha da gücləndirməyi hədəfləyir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Все новости