Polşanın Aİ-yə sədrliyinin başa çatması münasibətilə caz konserti keçirildi

Polşanın Aİ-yə sədrliyinin başa çatması münasibətilə caz konserti keçirildi
05.06.2025 00:02 Mədəniyyət

Polşanın Azərbaycandakı səfirliyi ölkənin Avropa İttifaqı Şurasına altı aylıq sədrliyinin başa çatması münasibətilə “Voicingers Reunion” adlı caz konserti təşkil edib. 

TodayPress TV xəbər verir ki, tədbirin açılışını Polşanın Azərbaycandakı səfiri Pavel Radomski edib. O, çıxışında sədrliyi dövründə Polşanın Avropa İttifaqının əsas prioritetlərinə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb:

“Sədrliyimiz boyunca təhlükəsizlik məsələləri də daxil olmaqla, Aİ-nin prioritetlərinə xüsusi diqqət yetirdik. Sədrliyi başa vursaq da, İttifaq daxilində xalqları dəstəkləməyə davam edəcəyik”.

Səfir həmçinin Aİ ölkələrinin mədəni əməkdaşlığından söz açaraq, mədəni diplomatiyanın əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu konsert Polşanın sədrliyinin yekununu simvolik şəkildə qeyd etmək məqsədi daşıyır və müxtəlif ölkələrdən olan tanınmış caz ifaçılarını bir araya gətirib.

Tədbir musiqi proqramı ilə davam edib.

Çıxışçılar arasında Qriqorj Karnas (vokal), Judita Pisarcik (vokal), Mateuş Kolakovski (piano), Pavel Zvierzinski-Pioro (bas gitara), Qriqorj Maslovski (zərb alətləri) yer alıb. Onlarla birlikdə  Azərbaycanın tanınmış saksafon ifaçısı, caz səhnəsinin ulduzu olan Reyn Sultanov da çıxış edib. 

Töhfə Səməd

FOTOLAR

Polşanın Aİ-yə sədrliyinin başa çatması münasibətilə caz konserti keçirildi — 1
Polşanın Aİ-yə sədrliyinin başa çatması münasibətilə caz konserti keçirildi — 2
XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər