Moda əfsanəsi Valentino Qaravani vəfat etdi

Moda əfsanəsi Valentino Qaravani vəfat etdi
19.01.2026 21:45

İtalyan dizayner, moda dünyasının əfsanəvi simalarından biri, qırmızı rəngi və romantik dəbdəbəsi ilə tanınan Valentino Qaravani 93 yaşında vəfat edib.

TodayPress TV  xəbər verir ki, o, Romadakı iqamətgahında ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.

2008-ci ildə təqaüdə çıxan Valentino moda evinin gələcəyini etibar etdiyi kreativ direktorlar – Maria Qrazia Çiuri, Pierpaolo Piccioli və daha sonra Alessandro Mişel tərəfindən hörmətlə davam etdirilən bir irs qoyub.

Valentino Qaravani karyerası ərzində Elizabet Teylor, Jacqueline Kennedy Onassis, Sofi Loren, Culia Roberts, Küeyt Blançet, Cennifer Lopez və Şahzadə Diana kimi saysız-hesabsız məşhurlar üçün libaslar hazırlayıb. Xüsusilə Culia Robertsin 2001-ci il “Oskar” mərasimində geyindiyi “Valentino” donu moda tarixinin ən yaddaqalan qırmızı xalça anlarından biri hesab olunur.

Valentino Qaravani XX əsr modasının simasını formalaşdıran, qadın zərifliyini və qlamuru yenidən formalaşdıran nadir dizaynerlərdən biri hesab olunurdu. Onun adı təkcə bir brendlə deyil, bütöv bir estetik anlayışla sinonimə çevrilmişdi. Moda tarixində “Valentino qırmızısı” kimi tanınan çalar dizaynerin imza elementinə çevrilmişdi.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Все новости