Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olundu

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olundu
27.12.2025 01:45
Dekabrın 26-da Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət naziri Adil Kərimli təltif olunanları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin davam etdirilməsi yaradıcı insanların fəaliyyətinə böyük stimul verir.

Sonra Xalq artisti Tofiq Bakıxanova 1-ci dərəcəli "Əmək", Xalq şairi Vahid Əzizə "Şərəf" ordenləri, rəssam-animator Gülşən Quliyevaya isə "Tərəqqi" medalı təqdim olunub.

Tədbirdə həmçinin tanınmış diplomat və tarixçi-alim Həsən Həsənova, Xalq artistləri Zamiq Əliyev, Şamil Süleymanov, Mənsum İbrahimov, Əməkdar artist Rita Əmirbəyova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimovaya yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları təqdim edilib.

Təltifə layiq görülənlər fəaliyyətlərinə yüksək qiymət verildiyinə görə minnətdarlıq ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Все новости