Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak etdi

Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak etdi
30.10.2025 01:07 Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimat mərasimində iştirak edib.

TodayPress TV xəbər verir ki, təqdimat oktyabrın 29-da Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində keçirilib. Film IDEA İctimai Birliyinin "Azərbaycanın 12 möcüzəsi" adlı xüsusi layihəsi çərçivəsində hazırlanan növbəti ekran işidir və Azərbaycanın təbiət incilərindən biri olan Hirkan Milli Parkına həsr olunub.

"Hirkan" sənədli filmi ölkəmizin nadir flora və faunasına malik bu təbiət guşəsinin unikal ekosistemini və onun qorunması istiqamətində həyata keçirilən fəaliyyətləri özündə ehtiva edir. Filminin rejissoru İqor Bışnyovdur.

Layihənin təşəbbüskarı olan Leyla Əliyevanın rəhbərliyi ilə bu günədək ümumilikdə səkkiz sənədli film hazırlanıb. Bu filmlər sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanaraq ölkəmizin zəngin təbiətinin təbliğinə mühüm töhfə verib.

Qeyd edək ki, "Azərbaycanın 12 möcüzəsi" adlanan layihə çərçivəsində əhatə olunan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əks etdirir. Bunlara Ağgöl, Şirvan, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur-Yalama, Qızılağac, Axar-Baxar, İlisu və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkları daxildir. Sözügedən parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər