Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir

Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir
27.08.2025 14:42 Mədəniyyət

26 avqust - Laçın Şəhəri Günü münasibətilə “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir.

TodayPress TV xəbər verir ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.

Avqustun 26-da şəhərdəki "Laçın" kinoteatrında kino günlərinin açılışı olub.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və doğma yurda qayıtmış laçınlı kinosevərlər iştirak ediblər.

Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov çıxış edərək Laçında keçirilən ilk beynəlxalq kino tədbirinin əhəmiyyətini vurğulayıb. O, layihənin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Qeyd olunub ki, üç gün davam edəcək kino günlərində 7 ölkədən səkkiz film nümayiş etdiriləcək. 

Sonra tədbir iştirakçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə "Hoçazfilm" kinostudiyasında istehsal olunmuş "Laçın, qubernator və mən" (rejissor: Amil Amal) sənədli filmini izləyiblər. 

Ekran işi Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun həyatı və siyasi fəaliyyətini özündə əks etdirir.

Nümayişdən sonra filmin rejissoru Amil Amal ekran əsərinin ərsəyə gəlməsinə və tədbirin təşkilinə görə bütün qurumlara təşəkkürünü bildirib.

Həmin gün kinosevərlər "Nabat” (rejissor: Rəşid Süleymanov, Qazaxıstan) və “Esimde” (rejissor: Aktan Arım Kubat, Qırğızıstan) filmlərini izləyiblər.

Qeyd edək ki, “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” avqustun 28-də başa çatacaq. Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi” də davam edir.

FOTOLAR

Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir — 1
Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir — 2
Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir — 3
Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir — 4
Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir — 5
Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir — 6
Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir — 7
XƏBƏR LENTİ
16 IYUN 2026
Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Bütün Xəbərlər