Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı

Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı
25.11.2025 17:55

Yeni növrağını yaşayan Kəlbəcər şəhərində, sözün əsl mənasında, bayram ab-havası var. Füsunkar dağlarla əhatə olunan, dəniz səviyyəsindən təxminən 1500 m hündürlükdə qərar tutan bu ulu yurdumuz paytaxtdan və bölgələrdən gəlmiş qonaqlara qucaq açıb.

TodayPress TV xəbər verir ki, Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir. 

Bayram tədbirlərinə tamaşa nümayişi ilə başlanılıb. Gəncə Dövlət Milli Dram Teatrının kollektivi yazıçı, dramaturq Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri ilə kəlbəcərli uşaqları sevindirib. 

Musiqili nağıl-tamaşanın quruluşçu rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Vahab Cəfərov, rejissor assistenti Dursun Cəlilova, musiqi tərtibatçısı Ziyad Abbasovdur. Rolları Elmir Məmmədov, Elnur Abbasov, Mətləb Təhmazi, Elmil Salmanov, Fərid Vəliyev, Zeynəb Hüseynova və başqaları canlandırıblar. 

Abdulla Şaiqin maarifçi ideyalarının şən musiqi və rəqslərlə ahəngdar şəkildə təqdim olunduğu səhnə əsəri tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.

TodayPress TV

ФОТО

Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı — 1
Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı — 2
Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı — 3
Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı — 4
Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı — 5
Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı — 6
Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı — 7
Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı — 8
Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlandı — 9
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости