“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi

“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi
13.02.2026 14:43

Bağdadda “İraq-türkman dilinin qrammatikası” kitabının təqdimat mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) və Müstənsəriyyə Universitetinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə ölkənin rəsmi şəxsləri, İraq türkmanlarını təmsil edən vətəndaş cəmiyyəti institutları nümayəndələri, diplomatlar, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, bu nəşr İraq türkman dilinin qrammatik bazasının sistemləşdirildiyi ilk elmi kitab hesab olunur. Kitab Azərbaycanda fəaliyyət göstərən Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun tərəfdaşlığı ilə 2025-ci ildə hazırlanıb, Azərbaycan və ərəb dillərində nəşr edilib. 

Tədbirdə çıxış edən Kərkük Universitetinin professoru dr. Nəbil Şahin Kifrili, İraq XİN-nin təmsilçisi səfir Əli Qabbani, Müstənsəriyyə Universiteti Hüquq fakutəsi dekanı dr. Malik Mənsi əl-Hüseyni, professor Çoban Xıdır qeyd ediblər ki, bu nəşr zəngin keçmişə və unikal təsnifata malik İraq türkamanlarının ana dilinin sistemləşdirilməsi sahəsində atılmış tarixi addımdır.  

Çıxışlarda eləcə də qeyd olunub ki, azərbaycanlı alimlərin dəstəyi ilə bir il ərzində akademik araşdırma nəticəsində ərsəyə gəlmiş və ABİA-nən yardımı ilə nəşr edilmiş bu elmi əsər İraq-türkman dilinin akademik səviyyədə qrammatik bazasının, o cümlədən vahid ədəbi dilinin formalaşmasına töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanlı həmkarlara öz təşəkkürünü bildirən natiqlər bu kitabın 4 milyonluq İraq türkmanlarının ana dilinin və mədəniyyətlərinin inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə çıxış edən, kitabın həmredaktorları Bağdad Universitetinin professoru, səfir Dr. Mahmud Çayırlı, və AMEA  Şərqşünaslıq İnstitutunun direktor müavini Dr. Elnur Mustafayev Azərbayan alimləri və İraq türkmanları arasında baş tutan elmi əməkdaşlığın qardaş türkman toplumu ilə Azərbaycan xalqı arasında tarixi-mənəvi bağların möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıblar.

ABİA-nın idarə heyətinin sədri Elçin Əsgərov, Azərbaycanın İraqdakı səfirliyinin müşaviri Elnur Məmmədzadə, İraq türkmanları və Azərbaycan arasında son illərdə həyata keçirilən tədbirlərin Azərbaycan və İraq dövlətləri və xalqları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.

TodayPress TV

ФОТО

“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi — 1
“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi — 2
“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi — 3
“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi — 4
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Все новости