Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu

Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu
04.07.2025 10:44 Mədəniyyət

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub.

Sərginin nümayişindən əvvəl “East or West” musiqi qrupunun ifası dinlənilib.

Bu barədə TodayPress TV-yə Mədəniyyə Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov sərginin məqsədindən söhbət açıb. Nazir müavini bildirib ki, gənc rəssamların yaradıcılıq axtarışlarını dəstəkləmək əsas amildir. “Sərgi gənc rəssamları yeni nailiyyətlərə ruhlandırmağa kömək edəcək. Yeni nəsil sənət nümayəndələrinin sənətsevərlərə təqdim olunmasını və onların ilk peşəkar sərgi təcrübəsini qazanmalarını hədəfləyir. Sərginin əsas ideya xəttini təşkil edən “Sənin adın nədir?” sualı iştirakçılardan fərdi kimliklərini, daxili duyğularını və ətraf mühitə dair qavrayışlarını sənət dili vasitəsilə ifadə etməyi tələb edir”,- deyə M.Hüseynov əlavə edib.

Xalq rəssamı Arif Hüseynov sərgidə təqdim olunan əsərlər barədə danışıb: “İştirakçılar üçün geniş ifadə imkanları yaradan sərgidə təqdim olunan əsərlər abstrakt və simvolik yanaşmala, həmçinin realizm və eksperimental texnikaları fərqli üslubları özündə birləşdirir. Sərginin ekspozisiyasında 67 gənc rəssamın rəngkarlıq, heykəltaraşlıq, dekorativ tətbiqi sənət, instalyasiya və video-art sənətində əsərləri yer alıb”.

Xalq rəssamı Ömər Eldarov gənc rəssamlara uğurlar arzulayıb.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgidə əsəri nümayiş olunan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Nərmin İsmayılova öz təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, əsərlərdə həm rəssamın daxili dünyası, həm də cəmiyyətə münasibəti əsas şərtlərdən olub. “Əsərimin adı “Ah, gözələm mən”dir. Bu, hər kəsə məlum olan “Tıq-tıq xanım” obrazıdır. Düşündüm ki, bu əsər cəmiyyətin güzgüsü kimi sərgiyə çox uyğun olar. İstədim ki, hər kəs ona sadəcə nağıl qəhrəmanı kimi deyil, daha dərindən baxsın. Nağılda obraz dramatik şəkildə təsvir olunsa da, mən texniki cəhətdən daha yumşaq işləmişəm. Məqsədim bu obrazı hər kəsə xatırlatmaqdır. Sərgidə iştirak etmək mənim üçün qürurvericidir”,- deyə gənc rəssam əlavə edib.

Sərgi sentyabrın 3-dək davam edəcək.

FOTOLAR

Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu — 1
Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu — 2
Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu — 3
Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu — 4
Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu — 5
Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu — 6
Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu — 7
Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu — 8
Gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı baş tutdu — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər