Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi

Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi
03.11.2025 17:13

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılış mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, o cümlədən Azərbaycandan və bir sıra ölkələrdən tanınmış mədəniyyət xadimi soydaşlarımız və digər qonaqlar iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Qarabağda mədəniyyətin dirçəlişi” adlı videoçarx nümayiş etdirilib. 

Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamıdır.

Nazir deyib ki, tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümü ərəfəsində keçirilən forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun əsas hədəfidir.

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin diaspor strategiyası Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründə daha da inkişaf etdirilərək yeni mərhələyə yüksəldilib. Dövlətimiz bu gün xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyətini stimullaşdırır. Xarici ölkələrdəki mədəniyyət xadimlərimiz də öz növbəsində mədəni diplomatiyaya töhfələrini verir, Azərbaycanı uğurla təmsil edirlər.

Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və forumun Təşkilat komitəsinin sədri Xalq artisti Cahangir Novruzov da çıxış edərək forumun əhəmiyyətini yüksək qiymətləndiriblər.

Daha sonra Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğinə töhfə verən incəsənət nümayəndələri təltif edilib və birgə xatirə fotosu çəkdirilib.

Bildirək ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin dəstəyi ilə reallaşan forum noyabrın 5-dək davam edəcək. Forum çərçivəsində yaradıcılıq təqdimatları, mədəniyyət layihələrinin nümayişi, plenar müzakirələr, eləcə də mədəni əməkdaşlıq protokollarının imzalanması nəzərdə tutulur. Tədbir gedişində həmçinin Azərbaycan musiqisi, teatr və rəqs sənəti əsasında maraqlı bədii proqramlar da təqdim olunacaq.

TodayPress TV

ФОТО

Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi — 1
Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi — 2
Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi — 3
Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi — 4
Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi — 5
Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi — 6
Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi — 7
Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi — 8
Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirildi — 9
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Все новости