Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi
29.06.2026 19:22 Kриминал

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan 12 sot torpaq sahəsini almaq istəyən iş adamı 31 min manat pulundan olub.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dələduzluq əməli ilə bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Təqsirləndirilən şəxslər-Səmədov Emil Nadir oğlu və Abasov Rövşən Ziyafət oğlu “Azərbaycan Dövlət Neft Şirkəti”nin balansında olan Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsini Elşən Quliyevin adına özəlləşdirə biləcəkləri barədə yalan vəd veriblər. Bu işin həlli üçün isə zərərçəkmiş şəxsdən 31 min manat pul alıblar.

“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!

Məhkəmədə Emil Səmədov cinayət əməlinə görə özünü qismən təqsirli bilib. Emil ifadəsində Elşən Quliyevi Rövşən vasitəsilə tanıdığını deyib.

Rövşən ona torpaq özəlləşdirmə ilə bağlı kömək lazım olduğunu bildirib. O da SOCAR-da yüksək vəzifədə işləyən tanışları vasitəsilə bu işi həll edə biləcəyini deyib. Emil zərərçəkmişdən aldığı 31 min manatın 1000 manatını Rövşənə verdiyini, qalanını isə şəxsi ehtiyacları üçün xərclədiyini etiraf edib.

Rövşən Abasov isə bu cinayətdə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, Emilin həqiqətən də yüksək vəzifədə işləyən tanışlarının olduğuna inanıb. Hətta Emil zərərçəkmişə onu sənədləşmə üçün Azərbaycan Dövlət Neft Şirkətinə çağıracaqlarını deyib.

Zərərçəkmiş şəxs özü də məhkəmədə ifadə verib. Elşən Quliyevin sözlərinə görə, Rövşən ona Azərbaycan Dövlət Neft Şirkətinin direktoru Rövşən Nəcəfin qohumu olduğunu deyib. Xüsusilə buna görə onun sözlərinə inanıb. Təqsirləndirilən şəxs isə bu məsələ ilə bağlı düz danışdığını əlavə edib. O, həqiqətən də Rövşən Nəcəfin qohumu olduğunu, lakin direktorun bu işə aidiyyəti olmadığını qeyd edib.

İstintaq müddətində Rövşən Abasov ona çatan 1000 manatı zərərçəkmişə geri ödəyib. Emil isə 30 min manatdan cəmi 8 min manat qaytara bilib.

Yekunda təqsirləndirilən şəxslər ikisi də xeyli miqdarda dələduzluqda təqsirli biliniblər. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Emil Səmədova 2 il həbs cəzası verilib. Rövşən Abasov isə 5 min manat cərimə cəzasına məhkum edilib.

ЛЕНТА НОВОСТЕЙ
15 августа 2026
Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın” 21:33 Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı 20:53 Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı 20:37 Şəkil başqa söz deyir, Tramp başqa - FOTO 20:20 Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO 20:02 Ucarda dəhşətli qəza - 6 nəfər yaralandı - FOTO 19:49 Ərdoğan Qəzza ilə bağlı: “Nə lazımdırsa, edəcəyik!” 19:20 İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir” 19:12 Türkiyədə axtarılan cinayətkar Bakıda tapıldı 18:56 Paracüdoçumuz 10-cu dəfə Avropa çempionu oldu 18:38 Bakıda narkotacir saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR 18:32 İran fransalı diplomatları gizli görüşdə “yaxaladı” 18:20 Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ 18:09 Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 "Beşiktaş" bir futbolçusu ilə sağollaşdı 16:51 "Wildberries"ə bu dəfə klaviatura ilə hücum etdilər 16:46 Erməni KİV: Paşinyan 5 ilə 40 körpü tikəcək 16:15 İndoneziyada yenidən şiddətli zəlzələ oldu 16:07 Все новости