Yaponiyada pişik “stansiya işçisi” vəzifəsinə təyin edildi

Yaponiyada pişik “stansiya işçisi” vəzifəsinə təyin edildi
08.01.2026 19:45

Yonotama adlı tabbi pişiyi rəsmi olaraq Yaponiyanın Vakayama prefekturasının Kinokava şəhərində stansiya işçisi təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.

Tədbirdə pişiyə üzərində adı yazılmış medal və papaq təqdim olunub. Vakayama Elektrik Dəmir Yolu Şirkətinin prezidenti Mitsunobu Kojima Yonotamanın Yaponiya dəmir yollarında aparılan dəyişikliklər dövründə vacib rol oynayacağına ümid etdiyini bildirib.

Yonotama ötən ilin noyabrında vəfat edən əvvəlki stansiya rəisi Nitamanı əvəz edir. Nitama dəmir yolu xəttinin populyarlaşmasındakı xidmətlərinə görə fəxri stansiya rəisi adına layiq görülmüşdü.

Stansiya işçisi vəzifəsi simvolik xarakter daşıyır, pişik maskot kimi xidmət edir və turistləri cəlb edir. Bu ənənə 2007-ci ildə pişik Tama ilə başlamış və xəttin maliyyə sabitliyinə kömək etmişdi. Tama 2015-ci ildə 16 yaşında vəfat etmiş, xidmət illərində bölgəyə təxminən 1,1 milyard yen qazandırmış və beynəlxalq şöhrət qazanmışdı.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Все новости