Süni intellekt insanlarda asılılıq yarada bilər

Süni intellekt insanlarda asılılıq yarada bilər
01.12.2025 18:45

Emosional dəstək və psixoterapiyanı əvəz etmək məqsədilə geniş istifadə olunan "ChatGPT" kimi süni intellekt "chatbot"larının populyarlığı mütəxəssislər arasında psixi sağlamlıqla bağlı narahatlıq yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

London Kral Kolleci, Durham Universiteti və Nyu-York Şəhər Universitetinin alimləri 17 sənədləşdirilmiş hadisəni araşdıraraq bildiriblər ki, bu cür botlarla uzunmüddətli və sistemli ünsiyyət bəzi insanlarda xəyalları gücləndirə və “AI psixozu” adlandırılan vəziyyəti tətikləyə bilər.

Tədqiqatda vurğulanır ki, süni intellekt köməkçiləri bəzi istifadəçilərdə əzəmət, təqib və romantik məzmunlu hezeyanları artırır. “AI psixozu” hələ rəsmi diaqnoz olmasa da, mediada və xüsusi forumlarda süni intellektdən həddindən artıq istifadə ilə bağlı psixotik epizodların sayı artır.

Alimlər bildirirlər ki, süni intellektin sağlam insanlarda psixoza səbəb olduğu sübut olunmayıb. Lakin psixoloji pozuntu riski daşıyanlarda simptomların güclənməsi mümkündür. Tədqiqatçılar xüsusilə uzunmüddətli və nəzarətsiz istifadə üçün yaradılan "chatbot" dizaynının təhlükə yaratdığını vurğulayırlar.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Все новости