Qədim Mars çayları Yerdəkindən fərqli formalaşır

Qədim Mars çayları Yerdəkindən fərqli formalaşır
12.01.2026 19:45

Kolorado Universitetinin alimləri Marsda mövcud olmuş 16 qədim çay sisteminin Yerdəki çaylardan fərqli mexanizmlə yarandığını aşkar ediblər.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Astronomy” jurnalında dərc olunub.

Yer üzündə çayların formalaşmasında əsas rol tektonik lövhələrin hərəkətinə məxsusdur. Marsda isə belə tektonik proseslər olmayıb. Buna baxmayaraq, planetdə axar suyun yaratdığı böyük vadilər və kanyonlar mövcuddur.

Alimlərin fikrincə, bu çaylar təxminən 3,7 milyard il əvvəl yaranıb və ümumilikdə 100 min kvadrat kilometrdən çox ərazini əhatə edib. Onların əmələ gəlməsində əsas rolu zərbə kraterləri oynayıb. Yaş dövrdə kraterlər su ilə dolub, su səviyyəsi artdıqca isə daşaraq kanyonlar yaradıb və ayrı-ayrı gölləri uzun çay zəncirlərinə birləşdirib.

Hesablamalara görə, bu 16 çay sistemi Marsdakı qədim çay çöküntülərinin təxminən 42 faizinin formalaşmasında iştirak edib. Məlum daşma kanyonlarının yarıya yaxını da məhz bu ərazilərdə yerləşir.

Tədqiqatçılar bildirirlər ki, bu çaylar təkcə Marsın relyefini formalaşdırmayıb, eyni zamanda mümkün həyat üçün də əlverişli şərait yaradıb. Əgər Marsda vaxtilə mikrob həyatı mövcud olubsa, onun izləri bu qədim çay çöküntülərində qorunub qala bilər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Турецкий военный корабль прибыл в США 19:43 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Оман и Иран подтвердили приверженность свободному судоходству в Ормузском проливе 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 «Второй этап будет сложнее», — предупредил глава МИД Китая 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Все новости