Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı...

Nə səsi var, nə də mühərriki... –  NASA-nın gizlətdiyi görüntülər açıldı...
11.07.2026 14:45

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı məxfilikdən çıxarılan sənədlərin dördüncü hissəsini ictimaiyyətə təqdim edib.

TodayPress TV xəbər verir ki, xüsusi internet səhifəsində ümumilikdə 40 material – 14 sənəd, 19 video, 4 audioyazı və 3 fotoşəkil dərc olunub.

Məlumata görə, materiallar NASA, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI) və ABŞ Energetika Nazirliyi tərəfindən təqdim edilib. Faylların təxminən yarısı 2010-cu ildən sonrakı dövrə aiddir.

Yayımlanan videolarda hərbi kameralar vasitəsilə çəkilmiş infraqırmızı görüntülər, fotolarda isə Sakit okeanın qərb hissəsi, Atlantik okeanı və Yaxın Şərq üzərində qeydə alınmış izahı verilməyən obyektlər əks olunub.

CBS telekanalının diqqət çəkdiyi sənədlərdən birində 2015-ci ilin sentyabrında Texas ştatındakı "Pantex" nüvə silahı zavodunun hava məkanına naməlum obyektin daxil olması təsvir edilir.

Hesabatda bildirilir ki, obyekti təqib edən iki zabit ona çata bilməyib. Onlar avtomobildən düşərək binoklla müşahidə aparsalar da, obyektin heç bir səs çıxarmadığını və görünən hərəkətverici sistemə malik olmadığını müəyyən ediblər.

Qeyd edək ki, UNO-larla bağlı sənədlərin məxfilikdən çıxarılması barədə göstərişi ABŞ Prezidenti Donald Tramp verib. İlk sənəd paketi mayın 8-də, ikinci mayın 22-də, üçüncü isə iyunun 13-də açıqlanmışdı.

Qiymət Mahir



ЛЕНТА НОВОСТЕЙ
11 июля 2026
Tayvanda baş verən dəhşətli tayfununun GÖRÜNTÜLƏRİ 16:45 Rusiya Sumıya zərbə endirdi, dörd nəfər öldü - YENİLƏNDİ 16:12 Flik köhnə tanışını "Kamp Nou"ya gətirir! – Kərim Adeyemi "Barselona" ilə müqavilə imzalayır 16:01 İsrail Livanın cənubuna hava zərbələri endirdi 15:58 "Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı oldu 16:25 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub 16:06 "Apple"ın ilk qatlana bilən smartfonu gəlir 15:53 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub 15:35 Türkiyənin NATO-da söz sahibinə çevirilməsi Azərbaycan üçün inanılmaz imkanlar açdı 15:21 Müctəba Xamenei qisas andını içdi: "Atamın qanını o şərəfsiz qatillərdən alacam" 15:15 “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu 15:37 Morten Yulmannın "Sportinq"dəki 141 matçlıq erası bitdi 14:43 Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı... 14:37 Bakıda 3 küçə tamamilə məhdudlaşdırılacaq – SƏBƏB... 14:15 Şuşanın daha bir parçası canlanır – Kiçik Qaladərəsinə daha 11 ailə qayıdacaq 14:13 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü 14:10 Prezidenti maliyyələşdirən investor hökumətin başına keçir: Sandu baş nazir postunu ona verir 13:51 "Ağ-qaralar"ın təcrübəli kapitanı formanı təhvil verdi 13:42 Ким закрыла двери?! «Не мы, пусть НАТО и ваши партнеры разоружаются» 13:34 Вниманию жителей горных районов! Температура... 13:18 Закулисный торг по Ормузскому проливу — Какого официального заявления Вашингтон требует от Тегерана? 12:47 Azərbaycanlıların rayonunda amerikalı ailəni 4 yaşı oğlu ilə dərədə öldürdülər - İllərə damğa vuran olay 12:17 Fatimənin qatili Batumi aeroportunda saxlanıldı - FOTO/VİDEO 12:22 Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video 12:11 Американская разведка не допустила убийства Трампа — Как раскрыли покушение? 11:43 Все новости