Köpəkbalıqlarının qanında kokain tapıldı

Köpəkbalıqlarının qanında kokain tapıldı
04.08.2026 06:58

Baham adaları sahillərində yaşayan köpəkbalıqlarının orqanizmində kokain, kofein və ağrıkəsici dərmanların izləri aşkarlanıb.

TodayPress TV xəbər verir ki, “Drugs in Paradise” adlı araşdırma çərçivəsində Baham adalarının Eleuthera adası yaxınlığında tutulan 85 köpəkbalığı tədqiq edilib. Onlardan 28-nin qanında kofein, kokain və ağrıkəsicilər daxil olmaqla müxtəlif çirkləndiricilər müəyyənləşdirilib.

Alimlər bunun köpəkbalıqlarında kofein və asetaminofenin aşkarlanması ilə bağlı dünyada ilk qeydə alınmış hal olduğunu bildiriblər. Həmçinin Baham adalarının sularında köpəkbalıqlarında diklofenak və kokain ilk dəfə aşkarlanıb.

Tədqiqatçılar maddələrin okeana çirkab suları və insanların suda buraxdığı tullantılar vasitəsilə düşə biləcəyini ehtimal edirlər.

Araşdırmada çirklənmiş qanı olan köpəkbalıqlarında bəzi bioloji göstəricilərdə dəyişikliklər də qeydə alınıb. Bunun heyvanların sağlamlığına və davranışına hansı təsir göstərdiyi isə hələlik tam məlum deyil.

Kübra Musayeva

ЛЕНТА НОВОСТЕЙ
04 августа 2026
Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanıldı - VİDEO 09:40 Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək 09:29 Moskvaya dəhşətli hücum - Ölü və yaralılar var - VİDEO 09:26 Əfsanədən yeni qərar: Bundesliqadan ayrılmadı! 09:16 Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi 09:13 “Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi! 09:00 ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı 08:41 “Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması 08:48 Moskvaya dron hücumu: Ölənlər var - VİDEO 08:28 Krasnıy Borda nəhəng anbar vuruldu - VİDEO 08:18 Qırmızı və sarı pomidorun fərqi nədir? 00:56 Köpəkbalıqlarının qanında kokain tapıldı 00:24 Okeanın dibində “ölüm zonaları” tapıldı 00:17 Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac 23:47 Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 Все новости