Günəş aktivliyi daha dəqiq proqnozlaşdırılacaq

Günəş aktivliyi daha dəqiq proqnozlaşdırılacaq
21.01.2026 22:45

Beynəlxalq astronomlar qrupu Günəşin arxiv müşahidələrinin təhlili üçün yeni metod hazırlayıb.

TodayPress TV xəbər verir ki, araşdırma "The Astrophysical Journal" jurnalında dərc olunub.

Bu metod gələcək Günəş dövrlərinin aktivliyini daha dəqiq proqnozlaşdırmağa imkan verə bilər.

Tədqiqatın əsas məqsədi Günəşin qütb maqnit sahəsinin son 100 ildən artıq dövrdə necə dəyişdiyini bərpa etmək olub. Məhz bu sahə 11 illik Günəş dövrlərinin formalaşmasında həlledici rol oynayır və Günəş ləkələrinin sayı, alışmalar (fleyrlər) və Yer üçün təhlükə yarada bilən maqnit fırtınalarının intensivliyi ondan asılıdır.

Alimlərin qarşılaşdığı əsas problem ondan ibarət idi ki, Günəşin qütb maqnit sahəsinin birbaşa ölçülməsi yalnız 1970-ci illərdən aparılır. Daha qədim dövrləri araşdırmaq üçün tədqiqatçılar Hindistan Astrofizika İnstitutunun tərkibində fəaliyyət göstərən "Kodaikanal Solar Observatory" arxivinə müraciət ediblər. Bu rəsədxanada 1904-cü ildən etibarən Günəş kalsiumun "Ca II K" xətti üzrə müşahidə olunur ki, bu da xromosfer və onunla bağlı maqnit strukturlarını öyrənməyə imkan verir.

Hazırda alimlər Günəş aktivliyini yalnız bir neçə il öncədən proqnozlaşdıra bilirlər. Halbuki kosmik missiyaların, o cümlədən NASA layihələrinin planlaşdırılması üçün onillikləri əhatə edən proqnozlar tələb olunur. Yeni metod tarixi məlumatlardan istifadə etməklə bu cür uzunmüddətli proqnozların dəqiqliyini artırmağa imkan verir.

Alimlər modelin Günəşin 26-cı dövrünü nə dərəcədə düzgün proqnozlaşdırdığını yalnız 4–5 ildən sonra yoxlaya biləcəklər. Buna baxmayaraq, əldə olunan nəticələr artıq kosmik hava proqnozlarının inkişafına töhfə verir və Günəş aktivliyini idarə edən mexanizmlərin daha dərindən anlaşılmasına kömək edir.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 В Стамбуле трамвай сошел с рельсов 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Таджикистан отвернулся от России и обратился к Ирану 14:21 Иран предупредил США: «В этот раз мы используем более мощное оружие» 13:53 Северная Корея выпустила 10 баллистических ракет в сторону Японского моря 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Новое оружие против опухолей мозга: в черепе обнаружен скрытый иммунный механизм 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Завтра в Баку будет 32 градуса тепла, в регионах — 36 градусов 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Тревожный сигнал на будущее: рост населения в Азербайджане стремительно замедляется 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Сенсация в мире астрономии: обнаружена скрытая система возрастом 12,5 миллиардов лет! 12:21 НАТО приближается к белорусской границе: в Литве строится военный городок за 40 миллионов евро 11:59 МИД Азербайджана выразило соболезнования Центральноафриканской Республике 11:58 Всплыл тайный план Трампа: Как каждую ночь перевозится 10 миллионов баррелей нефти? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 Все новости