Dünyanın ən bədbəxt nəslinin adı açıqlandı

Dünyanın ən bədbəxt nəslinin adı açıqlandı
02.09.2025 22:30 Maraqlı

Dartmut Kolleci və London Universitet Kollecinin birgə araşdırmaları nəticəsində müəyyən edilib ki, 18-24 yaş arası insanlar – “Z nəsli” (zumerlər) – 46 ölkə üzrə ən bədbəxt yaş qrupu sayılır. 

TodayPress TV xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.

Bu araşdırma əvvəlki elmi işləri təkzib edir. Belə ki, daha öncə xoşbəxtlik səviyyəsinin ən kəskin enişinin əsasən orta yaş dövründə – təxminən 40 yaşda, “orta yaş böhranı” zamanı baş verdiyi iddia olunurdu.

Alimlər “Z nəsli” arasında xoşbəxtlik səviyyəsinin niyə aşağı düşdüyünü dəqiq izah edə bilməyiblər. Lakin bir sıra problemlərə diqqət çəkiblər. Məsələn, zumerlərin çoxu mütəmadi olaraq dərs buraxır, psixi sağlamlıqla bağlı çətinliklər səbəbindən tez-tez iş yerlərini tərk edirlər.

Araşdırmaya görə, “Z nəsli” nümayəndələrinin 48%-i psixi sağlamlıq problemləri yaşamaq riski daşıyır. Alimlərin fikrincə, bu, ciddi narahatlıq doğuran göstəricidir.

Eyni zamanda, tədqiqat göstərib ki, ən xoşbəxt insanlar 45-70 yaş aralığında olanlardır. Alimlərin sözlərinə görə, onların psixi sağlamlıq vəziyyəti zumerlərlə müqayisədə xeyli daha yaxşıdır.

Töhfə Səməd

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 Bütün Xəbərlər