Atom bombasının kəşfi: Peşman olan alimlər

Atom bombasının kəşfi: Peşman olan alimlər
17.07.2025 18:45 Maraqlı

16 iyul 1945-ci il səhəri. Nyu-Meksikoda yerləşən Alamogordo poliqonunda bəşəriyyət tarixində ilk atom bombası sınaqdan keçirildi. Bu, Manhetten layihəsinin kulminasiya nöqtəsi idi. 

Qeyd edək ki, Manhettan layihəsi  Birləşmiş Ştatlar, Böyük Britaniya və Kanadanın iştirakı ilə İkinci Dünya müharibəsi illərində ilk nüvə silahının yaradılması məqsədilə həyata keçirilmişdi. 

TodayPress TV xəbər verir ki, göydə alov topu, yeri titrədən partlayış dalğası, parlaq işıq - bu mənzərə orada olan alimlərin yaddaşına həkk olundu.

Lakin həmin an sevincdən çox daxili sarsıntı ilə müşayiət olundu.  Bu, gələcəkdə böyük müharibələrə, qarşıdurmalara səbəb olacaq atom bombasının yaradılması anı idi.   

Atom bombasının yaradılmasına təkan verən qüvvə isə 1939-cu ildə Albert Eynşteyn və fizika alimi Leo Szilard tərəfindən o dövrkü ABŞ prezidenti Franklin Ruzveltə göndərilən məktub oldu. 

Məktubda nüvə zəncirvari reaksiya yolu ilə dağıdıcı enerji əldə etməyin mümkünlüyü qeyd olunur və bu texnologiyanın nasist Almaniyasının əlinə keçməsi təhlükəsinə diqqət çəkilirdi. ABŞ rəhbərliyi elmi tədqiqatları hərbi layihəyə çevirdi. Beləcə 1942-ci ildə Robert Oppenheimerin rəhbərliyi ilə Manhetten layihəsi başladı.

Lakin Eynşteyn özü bu layihədə iştirak etmədi. 

“Əgər almanların bomba hazırlaya bilməyəcəyini bilsəydim, heç barmağımı da tərpətməzdim”, - deyə o, sonralar etiraf edib. 

1945-ci ilin yayında bomba istifadəyə hazır idi, amma öncə onun gücünü test etmək lazım idi. 

“Trinity” kod adlı sınaq zamanı yaranan partlayışın gücü gözləntiləri üstələdi. General Grovsun sözləri ilə desək, bu  səs “dünyanın sonunu” xatırladırdı. 

Sınağın nəticəsi birmənalı idi: nüvə silahı artıq reallığa çevrilmişdi. 

Layihənin bəzi iştirakçıları isə uğurdan çox peşmanlıq hiss edirdi. 

Bu məqamda Oppenheimerin ABŞ prezidenti ilə dialoqu diqqət çəkir. O, ölkə başçısına: 

“Elə bilirəm ki, əllərimizdə qan var”, - deyə bildirsə də, qarşılığında gözlənməyən cavab almışdı. Truman soyuqqanlı formada: “Problem deyil. Qan yuyular”, - deyə cavab vermişdi. 

Xirosima və Naqasakiyə atılan bombalardan sonra isə nüvə dövrü rəsmi olaraq başladı. Manhetten layihəsinin nəticəsi olan bu texnoloji sıçrayış, eyni zamanda, bəşəriyyəti özünü məhv etmə imkanına da yaxınlaşdırdı. Fizika inkişaf etdi, amma insanlıq öz vicdanı ilə ayaqlaşa bilmədi.  

Nəticədə 1945-ci ildə yaradılan bomba bu gün də bir tərəfdən müharibələrin qarşısını alır, digər tərəfdən isə hər an planetin sonunu gətirə biləcək qüvvə olaraq qalır...

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
“Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Bütün Xəbərlər