Yeni nəsil smartfonun xüsusiyyətləri və təqdimat tarixi açıqlandı

Yeni nəsil smartfonun xüsusiyyətləri və təqdimat tarixi açıqlandı
21.06.2025 18:45 İKT

“Gadget Bits” insayderi sosial şəbəkə "X"da Nothing brendinin üçüncü nəsil smartfonuna aid rəsmi rənder görüntüsünü və texniki xüsusiyyətlərini yayımlayıb.

TodayPress TV xəbər verir ki, rəsmi təqdimatdan öncə yayılan görüntü hərçənd bulanıq olsa da, kameraların yerləşməsi və yenilənmiş “Glyph Matrix” işıqlandırma sisteminin konturları seçilir.

Bu sistem əvvəlki “Glyph Interface” texnologiyasını əvəz edəcək.

Məlumata görə, "Nothing Phone (3)" 6,7 düymlük LTPO OLED ekranla təchiz ediləcək. Ekran 1,5K qətnamə və dəyişkən yenilənmə tezliyi ilə gələcək.

Akkumulyator 5150 mAh gücündə olacaq və 100 vatt sürətli, həmçinin naqilsiz və geriyə şarj texnologiyalarını dəstəkləyəcək.

Smartfon həmçinin eSIM, NFC və "Android 15" əsasında hazırlanmış "Nothing OS 3.5" əməliyyat sistemi ilə işləyəcək.

Kamera sahəsində cihaz arxa tərəfdə üç ədəd 50 meqapiksellik sensorla təchiz olunacaq: əsas, ultra-genişbucaqlı və 3x optik yaxınlaşdırmaya malik teleobyektiv. Ön kamera da 50 MP olacaq.

Rəsmi olaraq təsdiqlənib ki, cihaz “Snapdragon 8s Gen 4” çipi ilə işləyəcək. Bu çip flaqman səviyyəsinə yaxın olsa da, bir qədər zəifləşdirilmiş versiya sayılır. Halbuki Nothing şirkətinin rəhbəri Karl Pey əvvəlcə bu modelin tam flaqman olacağını bəyan etmişdi.

"Nothing Phone (3)" və brendin ilk tamölçülü qulaqlıqları — "Headphones (1)" — 1 iyul tarixində təqdim ediləcək. Smartfonun ilkin satış qiymətinin 799 dollar (təxminən 62 700 rubl) olacağı gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Bütün Xəbərlər