“WhatsApp” Rusiyada bloklanır: Azərbaycanlıların ünsiyyəti necə olacaq?

“WhatsApp” Rusiyada bloklanır: Azərbaycanlıların ünsiyyəti necə olacaq?
25.12.2025 16:20 ИКТ

“WhatsApp” messencerinin Rusiyada mövcud qanunvericilik tələblərinə görə bloklanması ehtimalı yenidən gündəmə gəlib. Bu isə xüsusilə Rusiyada yaşayan azərbaycanlıların Azərbaycandakı qohum və yaxınları ilə ünsiyyət imkanlarının necə təmin olunacağı sualını aktuallaşdırır.

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov TodayPress TV-yə bildirib ki, texniki baxımdan “WhatsApp”ın Rusiyada tam bloklanması mümkündür. 


Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri messencerin “Meta” şirkətinə məxsus olmasıdır.

""WhatsApp" müstəqil platforma deyil, "Meta"ya məxsusdur. "Meta" isə Rusiyada ekstremist təşkilat kimi tanınır. Digər tərəfdən, "WhatsApp"da "end-to-end encryption", yəni uc-uca şifrələmə mövcuddur ki, bu da Rusiya qanunvericiliyinin məlumatlara çıxış tələbləri ilə ziddiyyət təşkil edir".

Ekspert xatırladıb ki, Rusiya bundan əvvəl də bir sıra beynəlxalq platformalara qarşı oxşar addımlar atıb:

""Telegram", "LinkedIn", "Facebook" və "Instagram" kimi platformalarla bağlı bloklama cəhdləri artıq təcrübədən keçirilib. "WhatsApp"ın mümkün bloklanması yalnız Azərbaycanla əlaqələr məsələsi deyil, milyonlarla insanın gündəlik ünsiyyətinə təsir göstərə biləcək bir qərardır. Bu, təkcə azərbaycanlıların yaxınları ilə danışması məsələsi deyil. "WhatsApp" milyonlarla insan üçün əsas ünsiyyət vasitəsidir. Tam bloklama ciddi ictimai narazılıq yarada bilər. Amma Rusiyanın təcrübəsində belə hallarda alternativ yol da olur".

Mütəxəssis vurğulayıb ki, yekunda məsələ siyasi iradədən asılıdır. Belə bir qərarın qəbul olunması mümkün olsa da, bu, riskli addım hesab olunur. O bildirib ki, “WhatsApp” bağlanacağı təqdirdə istifadəçilər alternativ vasitələrə yönələ bilərlər:

""Telegram" var, hazırda bir çox istifadəçi onu "VPN" vasitəsilə işlədir. "Viber", "Signal" kimi digər messencerlər də mövcuddur, amma onların da gələcəyi risk altındadır. Klassik mobil zənglərdən istifadə etmək olar, lakin bu üsul baha başa gəlir", - deyə Natiq Məmişov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Все новости