Təki pul olsun, evdə saxlayaq - Banklar niyə belə edir?

Təki pul olsun, evdə saxlayaq - Banklar niyə belə edir?
26.06.2026 19:27 ИКТ

Son hadisələr fonunda bank sistemlərində baş verən texniki problem cəmiyyətdə həm kibertəhlükəsizlik, həm də banklara etimad məsələsini yenidən gündəmə gətirib. Bəzi şəxslər bunu yüksək ixtisaslı İT mütəxəssislərinin çatışmazlığı və bankların texnoloji hazırlığı ilə əlaqələndirirlər. Rəsmi açıqlamada hadisənin texniki nasazlıqdan qaynaqlandığı bildirilsə də, bu vəziyyət bankların kibertəhlükəsizlik imkanları ilə bağlı sualları aktuallaşdırıb.

Mövzu ilə bağlı İKT üzrə ekspert Vüsal Məmmədzadə TodayPress TV-yə danışıb.


Ekspertin fikirlərinə görə, təkcə Azərbaycanda deyil, bütün dünyada bankların elektron ödəniş sistemləri olduqca mürəkkəb texnoloji infrastruktur üzərində qurulub. Bu səbəbdən bəzən kiçik bir proqram xətası, uğursuz sistem yenilənməsi və ya texniki nasazlıq belə genişmiqyaslı problemlərə səbəb ola bilir.

Belə hallarda ilk ehtimal kimi adətən kiberhücumlar gündəmə gəlir. Lakin ötən gün baş verən hadisənin xarakteri və yayılan rəsmi açıqlamalar bunun kibermüdaxilə deyil, texniki nasazlıq olduğunu göstərir.

Vüsal Məmmədzadə, həmçinin bildirib ki, bu cür problemlər adətən prosessinq mərkəzinin və ya bankın texniki infrastrukturunda yaranan nasazlıqlardan qaynaqlanır. Serverlərdə yaranan problemlər, proqram təminatının yenilənməsi zamanı baş verən xətalar, məlumat bazalarının sinxronizasiya pozuntuları və ya sistemin yüksək yüklənməsi nəticəsində vəsaitlərin təkrar silinməsi kimi hallarla qarşılaşmaq mümkündür. Belə vəziyyətlərdə səhv əməliyyatların qarşısını almaq və sistemin sabit fəaliyyətini bərpa etmək üçün banklar müvəqqəti olaraq mobil tətbiqlərə girişi və bəzi əməliyyatları məhdudlaşdıra bilirlər.

Onun sözlərinə görə, texniki nasazlıq aradan qaldırıldıqdan sonra sistem əməliyyatları avtomatik şəkildə uzlaşdırılır, təkrar silinən vəsaitlər geri qaytarılır və hesab balansları düzgün vəziyyətə gətirilir. Bu hadisə ilə bağlı da rəsmi açıqlamaya əsasən, söhbət kiberhücumdan deyil, texniki nasazlıqdan gedir.

Xanım Musayeva

ЛЕНТА НОВОСТЕЙ
26 июня 2026
Venesuelada dəhşətli zəlzələ: 50 mindən çox insan itkin düşdü 22:00 Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA 21:58 Azərbaycan şahmatçıları iki qızıl medal qazandılar 21:30 Ermənistan ordusunun hərbi qulluqçusu ölüb 22:52 İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO 22:46 Tramp Avropanı tariflərlə HƏDƏLƏDİ 22:22 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq" 22:37 Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi 22:18 Xidmət rəisi “neqodnı” olan vətəndaşlara çağırış etdi 22:14 Hakan Fidan: Müdafiə sənayesi artıq NATO üçün strateji prioritetdir 21:53 Konfrans Liqası: "Zirə"nin hakim təyinatları açıqlandı 22:02 "Turan Tovuz" onunla yeni müqavilə imzaladı 21:19 Səfərbərlik Xidməti rəisi fəaliyyətin əsas istiqamətlərini açıqladı 21:38 Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA 21:33 Gürcüstan parlamentinin iclasında dava düşdü - VİDEO 21:08 Kremldən yeni qanun: Orduda xidmət edən əcnəbilər deportasiya edilməyəcək 20:40 Rəqəmsal vergi tətbiq edənə 100% gömrük rüsumu qoyulacaq - Tramp 20:34 Aİ tarixində ilk: Enerji saxlama sistemlərinə dair üçtərəfli saziş imzaladı 20:27 Tramp İranı atəşkəsi pozmaqda İTTİHAM ETDİ 20:21 Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ 20:06 DÇ-2026 tarixin ən çox tamaşaçı toplayan çempionatı oldu 20:01 Zavodda partlayış baş verdi, ölən var 19:29 Türkiyənin məşhur aktyoru vəfat etdi 19:37 İyunun 23-dən etibarən Hörmüz boğazında böyük təxliyə - Rəqəmlər açıqlandı 19:25 Təki pul olsun, evdə saxlayaq - Banklar niyə belə edir? 19:27 Все новости