Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq

Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq
10.08.2026 14:05 ИКТ

Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti tənzimləyici test mühitinin həyata keçirilməsi qaydalarına, o cümlədən onda iştirak edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi, tənzimləyici test mühitinin maksimum müddəti və normativ hüquqi aktların tələblərindən istisnaların tətbiqi qaydasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabinetinə dövlət orqanlarına (qurumlarına) məxsus (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri istisna olmaqla), habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi qaydalarına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti doqquz ay müddətində dövlət informasiya ehtiyatları və sistemlərinin (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus informasiya ehtiyatları və sistemləri, eləcə də kritik informasiya infrastrukturu, Azərbaycan Respublikası Mərkəzi Bankının və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin (dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizlik meyarları üzrə monitorinqinin və auditinin aparılması, habelə informasiya təhlükəsizliyi üzrə rəy verilməsi qaydalarını da təsdiqləməlidir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü 16:00 Azərbaycan əhalisinin gəlirləri 55,6 milyard manatı keçdi – 9,8% ARTIM 15:49 Serxi Robertodan sürpriz seçim: Karyerasını MLS-də davam etdirəcək 15:54 Россия предложила 1 миллион рублей за жизнь ребенка 15:48 Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? 15:17 Стали известны первые испытания нового сезона в Премьер-лиге 15:28 “Delfin” tayfunu Çini vurdu: Yüz minlərlə insan təxliyə edildi 14:17 “Əl-Əhli” Rocer İbanesi buraxmır: yeni müqavilə razılaşdırıldı! 15:06 Məişət zorakılığından zərər çəkən 41 nəfərə dəstək göstərildi – 25-i uşaqdır 14:29 В Болгарии произошел взрыв 14:51 Kayl Uokerdən iddialı açıqlama: “Premyer Liqaya qayıtmalıyıq” 14:44 Mütəxəssislər onu görməzdən gəlir, Bekker isə böyük gələcək vəd edir 14:31 ABŞ silah istehsalını artırır: Pentaqon hərəkətə keçdi 14:04 LeBron Ceyms tarix yazır: bütün xal hədlərində ən gəncdir! 14:55 Цена на нефть выросла 13:54 Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər 13:46 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 14:00 FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Ничего не изменилось, но все может измениться... — Куда Пашинян ведет Армению? 13:34 Азербайджан и Украина будут сотрудничать в сфере здравоохранения 13:41 Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 Два высокопоставленных чиновника Ирана направляются в Пакистан — ПРИЧИНА ВИЗИТА 13:17 Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 Все новости