RİNN: Ekstremal hava şəraitinə qarşı əlavə tədbirlər görüləcək

RİNN: Ekstremal hava şəraitinə qarşı əlavə tədbirlər görüləcək
28.11.2025 13:43 ИКТ

Azərbaycanda ekstremal hava şəraitinin təsirlərinə qarşı qabaqlayıcı tədbirlər çərçivəsində mobil və sabit telekommunikasiya operatorları, eləcə də iri internet provayderləri öz infrastrukturunu ehtiyat bağlantılarla gücləndirməlidirlər.

TodayPress TV xəbər verir ki, bu məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) operator və provayderlərlə 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıq üzrə keçirilən müzakirələrində diqqət mərkəzində olub.

Görüşdə enerji təminatının - generator və UPS sistemlərinin - tam hazır vəziyyətə gətirilməsi, açıq hava avadanlıqlarında izolyasiya işlərinin aparılması, həmçinin xidmət keyfiyyəti indikatorlarının 24/7 rejimində nəzarətdə saxlanılması vacib tələblər kimi vurğulanıb.

İKTA telekommunikasiya qüllələrinin və kabel təsərrüfatının qışa hazırlığı, fövqəladə hallarda operativ reaksiya qruplarının formalaşdırılması, sərhədyanı ərazilərdə arzu olunmayan rouminq risklərinin azaldılması, eləcə də istifadəçilərə qabaqlayıcı SMS xəbərdarlıqlarının göndərilməsi ilə bağlı əlavə tövsiyələr təqdim edib.

Qeyd olunub ki, qış mövsümündə telekommunikasiya xidmətlərinin fasiləsiz, təhlükəsiz və dayanıqlı təmin edilməsi üçün "Payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planı" çərçivəsində operatorların gördüyü işlərin nəticələrinin müzakirəsi məqsədilə mövsüm ərzində dövri görüşlərin keçirilməsi və nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Все новости