"OpenAI" “ChatGPT” üçün yeni məhdudiyyətlər tətbiq etdi

"OpenAI" “ChatGPT” üçün yeni məhdudiyyətlər tətbiq etdi
06.11.2025 19:15 ИКТ

Amerikanın "OpenAI" şirkəti süni intellekt məhsullarının istifadəsi ilə bağlı siyasətlərini yeniləyib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilib.

Yeni qaydalara əsasən, “ChatGPT” artıq istifadəçilərə tibbi və hüquqi məsləhətlər verməyəcək.

Məlumata görə, çatbot fərdi məsləhətlər təqdim edə, konkret vəziyyətlərin hüquqi risklərini qiymətləndirə, məhkəmə müdafiə strategiyası hazırlaya və ya prosessual sənədlər tərtib edə bilməz.

Tibb sahəsində də oxşar məhdudiyyətlər tətbiq edilib. Belə ki, “ChatGPT” diaqnoz qoymaq, dərman resepti yazmaq, rentgen, MRT, CT kimi tibbi təsvirləri şərh etmək və ya dəri zədələrinin fotolarını analiz etmək imkanına malik olmayacaq.

Şirkətin açıqlamasında bildirilir ki, bu cür məlumat tələb edən istifadəçilərə sistem yalnız ümumi xarakterli məlumat verəcək və onları lisenziyalı həkim və ya hüquqşünasla məsləhətləşməyə yönləndirəcək.

Türkan İsgəndərli

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Все новости