DİQQƏT! Sizə Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilə bilər

DİQQƏT! Sizə Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilə bilər
12.06.2026 16:00 İKT

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) növbəti fişinq kampaniyası aşkarlayıb.

TodayPress TV Agentliyə istinadən xəbər verir ki, aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, kiberdələduzlar bir sıra yerli qurumların əvvəlcədən ələ keçirilmiş rəsmi e-poçt hesablarından istifadə edərək fişinq məktubları yayırlar.

Belə ki, dələduzlar tanış və etibarlı görünən ünvanlardan "Shared a File" və ya "New secure message from" başlıqlı məktublar göndərərək istifadəçiləri saxta sənəd portallarına yönləndirirlər.

Məktublardakı keçidlər legitim freshdesk.com platformasında yerləşdiyi üçün təhlükəsizlik alətlərindən yayınır. Keçidə daxil olan istifadəçi avtomatik olaraq iphro.nobeienergy[.]com ünvanında yerləşən saxta "Microsoft" giriş səhifəsinə yönləndirilir. Bu səhifə real "Microsoft" giriş səhifəsinə oxşayır və istifadəçinin daxil etdiyi istifadəçi adı, şifr və təsdiq kodunu (MFA/2FA) real vaxt rejimində ələ keçirir. Nəticədə kiberdələduzlar yaradılmış çərəzi ("cookie") oğurlayır və ikifaktorlu doğrulamadan yan keçərək hesaba birbaşa giriş əldə edirlər.

İstifadəçilərə tövsiyə olunur ki, gözlənilməyən "paylaşılmış sənəd" və ya "təhlükəsiz mesaj" məzmunlu e-poçtlardakı keçidlərə daxil olmasınlar, belə məktubların doğruluğunu göndərən şəxslə alternativ kanal vasitəsilə dəqiqləşdirsinlər, giriş zamanı ünvan sətrində yalnız rəsmi login.microsoftonline.com ünvanının olduğuna əmin olsunlar və şifr ilə təsdiq kodlarını şübhəli səhifələrə daxil etməsinlər.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Milli Kibertəhlükəsizlik Agentliyinin elektron poçt ünvanı [email protected] və ya "1654" qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər