"Microsoft" yeni “çirkin sviterlər”ini təqdim etdi

"Microsoft" yeni “çirkin sviterlər”ini təqdim etdi
02.12.2025 19:15 ИКТ

"Microsoft" bir illik fasilədən sonra bayram mövsümünə özünəməxsus “çirkin sviterlər” seriyasını yenidən qaytarıb. Şirkət üç yeni model təqdim edib və onların hamısı retro texnoloji motivlərlə bəzədilib.

TodayPress TV xəbər verir ki, əsas model “Artifact” adlanır və üzərində "Microsoft Office"in ilk versiyalarından məşhur Klippi simvolu yer alır. 

Dizaynda həmçinin "MSN", "Minesweeper", "Internet Explorer" və "MS-DOS" loqoları da əks olunub. Digər iki sviter isə uğursuz "Zune" pleyerinin qəhvəyi rəngində olan model və "Xbox" oyun konsoluna həsr edilmiş yaşıl dizayndır.

"Artifact" və "Zune" sviterlərinin qiyməti 80 dollar, "Xbox" modelinin isə 60 dollardır. Onları "Microsoft"un onlayn mağazasından, "Redmond"dakı flaqman mağazasından və Nyu-Yorkdakı sərgi salonundan əldə etmək mümkündür.

"Microsoft"un 2018-ci ildə başlatdığı “çirkin sviter” ənənəsi brendin keçmişini bayram əhval-ruhiyyəsi ilə birləşdirən illik bir aksiyaya çevrilib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Все новости